ABŞ NÜVƏ SİLAHININ YAYILMAMASI SAHƏSİNDƏ RUSİYAYA 514 MİLYON DOLLAR YARDIM GÖSTƏRMƏK NİYYƏTİNDƏDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, ABŞ 2006-cı maliyyə ilində nüvə təhlükəsizliyi və onun yayılmaması sahəsində Rusiyaya 514,1 milyon dollar yardım göstərməyi nəzərdə tutur. RF ilə əməkdaşlıq proqramına tələb olunan vəsait əvvəlkindən 22,3 milyon dollar çoxdur.
ABŞ Energetika Nazirliyinin xətti ilə ayrılan vəsait Rusiyada fiziki müdafiənin gücləndirilməsinə, nüvə materialları ehtiyatlarının azaldılmasına, hərbi istehsalın konversiyasına, hərbi müəssisələrdə işləyən atomçu alimlərin işlə təmin olunmasına yönəldiləcəkdir. Pentaqon da, öz növbəsində, Moskvanın imzaladığı beynəlxalq sazişlərə müvafiq olaraq, onun strateji silahlarının ləğv olunması sahəsində RF ilə iri əməkdaşlıq proqramı həyata keçirir.
Energetika Nazirliyinin büdcə layihəsi nüvə silahının yayılmaması sahəsində üç keçmiş sovet respublikasına - Qazaxıstana (9,5 milyon dollar), Ukraynaya (2 milyon) və Gürcüstana (100 min) da kömək göstərilməsini nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]