ABŞ ORDUSU İRAQDA DAİMİ BAZALAR SAXLAMAQ NİYYƏTİNDƏ DEYİL
AZƏRTAC xəbər verir ki, ABŞ ordusu İradqa daimi bazalar saxlamaq, eləcə də hər hansı qonşu dövlətə qarşı müharibəyə başlamaq üçün onun ərazisindən istifadə etmək niyyətində deyildir.
Bunu Bağdadda keçirdiyi mətbuat konfransında çoxmillətli qüvvələrin nümayəndəsi, ABŞ generalı Kevin Bergner bildirmişdir. O, iki ölkə arasında uzunmüddətli saziş hazırlanması barəsində kütləvi informasiya vasitələrinin məlumatlarını şərh etmişdir. Həmin saziş bu il dekabrın 31-dən sonra İraqda ABŞ qoşunlarının statusunu müəyyən etməlidir.
General vurğulamışdır ki, bu məsələyə dair danışıqlar başlanğıc mərhələsindədir, “buna görə də nəyi isə müzakirə etmək hələ tezdir”. Danışıqlar şəffaf olacaq və onları iki suveren ölkə aparacaqdır. Bergner xüsusi qeyd etmişdir ki, Amerika qoşunları İraq hökumətinin xahişi ilə İraqdadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]