ABŞ rəsmisi: İran mövqeyini dəyişməsə, Birləşmiş Ştatlar danışıqları bombalar vasitəsilə davam etdirməli olacaq
Vaşinqton, 18 may, AZƏRTAC
İran müharibəyə son qoymaq üçün ABŞ-yə yenilənmiş razılaşma təklif edib, lakin Ağ Ev bu təklifin yetərli olmadığını düşünür.
AZƏRTAC-ın məlumatına görə, bu barədə “Axios” ABŞ-nin yüksəkvəzifəli rəsmisinə istinadən yazıb. Qeyd olunur ki, Trampın çərşənbə axşamı hərbi variantları müzakirə etmək üçün ən yüksək milli təhlükəsizlik qrupunu toplaması gözlənilir.
ABŞ-nin yüksəkvəzifəli rəsmisi əlavə edib ki, əgər İran mövqeyini dəyişməsə, ABŞ danışıqları bombalar vasitəsilə davam etdirməli olacaq.
Yeni təklifdə İranın nüvə silahı əldə etməmək öhdəliyi ilə bağlı daha çox məqamlar var, lakin uranın zənginləşdirilməsinin dayandırılması və ya mövcud yüksək zənginləşdirilmiş uran ehtiyatının təhvil verilməsi ilə bağlı ətraflı öhdəliklər yoxdur.
"Bizə nüvə proqramı ilə bağlı real, möhkəm və ətraflı müzakirələr lazımdır. Əgər bu baş verməyəcəksə, bombalar vasitəsilə söhbət edəcəyik ki, bu da rüsvayçılıq olacaq”, - deyə mənbə bildirib.
ABŞ rəsmisi qeyd edib ki, İranın çox kiçik dəyişikliklərlə olsa da, yeni təklif verməsi onların ABŞ-nin gələcək hərbi əməliyyatlarından narahat olduqlarını göstərir.
Məlahət Nəcəfova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [19:49]
Ekspert qrupu: Dünya pandemiyalara qarşı yetərincə hazırlıqlı deyil
- 18.05.2026 [19:48]
Tokayev: Orta Dəhliz Avrasiya logistikasının strateji elementinə çevrilir
- 18.05.2026 [18:41]
BEA-nın rəhbəri: Kommersiya neft ehtiyatları sürətlə azalır
- 18.05.2026 [18:19]