Gürcü nazir: Azərbaycan uzun illərdir enerji sektorunda strateji tərəfdaşımızdır
Tbilisi, 18 may, AZƏRTAC
Biz Azərbaycanla iki ölkə arasında ticari-iqtisadi əlaqələri dərinləndirəcək və strateji əməkdaşlığı yeni mərhələyə yüksəldəcək mühüm sazişlər paketini imzaladıq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Bakıda gürcü jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, saziş məzmun etibarilə altı əsas istiqaməti əhatə edir: “Bunlardan birincisi enerji, ikincisi isə nəqliyyat sektorudur. Azərbaycan uzun illərdir enerji sahəsində strateji tərəfdaşımızdır. Son bir neçə ay ərzində aparılan danışıqların uğurla yekunlaşması və bu gün enerji sahəsində əməkdaşlığa dair tarixi sazişin imzalanması sevindirici haldır. Qaz sektorunu əhatə edən bu saziş 20 il müddətinə nəzərdə tutulub”.
Nazirin sözlərinə görə, 2026-cı ildə müddəti bitən və Gürcüstana sosial qaz tədarükünü təmin edən hazırkı müqavilənin müddəti uzadılıb. “Ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək yeni saziş imzalanıb. Saziş çərçivəsində elektrik enerjisi sahəsində idxal, tranzit və digər istiqamətlər üzrə əməkdaşlıq nəzərdə tutulur. Bu əməkdaşlıq sayəsində bir tərəfdən ticari-iqtisadi əlaqələrimiz daha da möhkəmlənəcək, digər tərəfdən isə Gürcüstanın həm qaz, həm də elektrik enerjisi sahəsində tranzit mərkəzi kimi rolu güclənəcək”, - deyə Mariam Kvrivişvili bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [20:25]
Maka Boçorişvili: WUF13 kifayət qədər yüksək səviyyədə təşkil olunub
- 18.05.2026 [18:53]