İrakli Kobaxidze: Azərbaycanla Gürcüstan arasında imzalanan sənədlər mühüm əhəmiyyətə malikdir
Tbilisi, 18 may, AZƏRTAC
Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında imzalanan sənədlər Gürcüstan üçün mühüm əhəmiyyətə malikdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Hökumət başçısı bildirib ki, imzalanmış sənədlər iki ölkə arasındakı münasibətlərdə iqtisadi və enerji tərəfdaşlığının dərinləşməsi ilə bağlı mühüm bir mərhələdir.
Baş nazir deyib ki, Bakıda daha bir nühüm sənəd - “Bakı–Tbilisi–Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu da imzalanıb.
“Bu sənəd nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsi, eləcə də beynəlxalq yük və sərnişindaşınmalarda mühüm rol oynacaq”, - deyə Kobaxidze vurğulayıb.