ABŞ SƏFİRİ SUMQAYITDA MƏKTƏBİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
Rayon icra hakimiyyətinin başçısı Malik İsaqov bu münasibətlə keçirilən mərasimi açaraq, Qubadlıdan olan məcburi köçkünlərin əksəriyyətinin Sumqayıtda məskunlaşdığını xatırlatmış, yeni məktəbdə şagirdlərin rahat, işıqlı, müasir mebellə təchiz olunmuş siniflərdə oxuyacaqlarını bildirmiş, tikintiyə hamilik etmiş ABŞ-ın Azərbaycandakı səfirliyinə minnətdarlıq etmişdir.
ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş mərasim iştirakçılarını salamlayaraq demişdir ki, ABŞ hökumətinin maliyyələşdirdiyi tikinti “World Hope” qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilmişdir. Biz təhsilin nə qədər vacib olduğunu anlayırıq və məcburi köçkün uşaqları üçün şərait yaradılmasına xüsusi əhəmiyyət veririk.
“World Hope”nin nümayəndəsi Ceyms Uinn Azərbaycan dilində çıxış edərək, məktəbin tədris korpusunun istifadəyə verilməsi ilə bağlı sevinci bölüşdüyünü bildirərək vurğulamışdır ki, bir çox ölkələri əhatə edən təşkilat “Çörək vermək üçün deyil, çörək qazanmaq üçün əməkdaşlıq etmək” devizi ilə fəaliyyət göstərir. Bu isə yaxşı təhsil və əməksevərliklə mümkündür.
XI sinif şagirdi Samirə Yusifovanın ingilis dilində çıxışı hamını riqqətə gətirmişdir: “Bütün uşaqlar kimi biz də sülh tərəfdarıyıq. Artıq 10 ildir ki, mənim qəlbimdə böyük arzu var – doğma rayonumda məktəbə getmək. Lakin mənim yurdum erməni qəsbkarları tərəfindən işğal edilmişdir”. Sumqayıt icra hakimiyyətinin başçısı Vaqif Əliyev toplaşanları bayram münasibətilə təbrik edərək, respublikada təhsil sisteminin təşəkkülündə və inkişafında ümummilli liderimiz Heydər Əliyevin rolunu xüsusi vurğulamış, dövlətimizin başçısı İlham Əliyevin bu yaxınlarda imzaladığı Bilik gününün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında Fərmanını, ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramının təsdiq edilməsi barədə Sərəncamını bu siyasətin davamı kimi dəyərləndirmişdir.
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov məcburi köçkünlərin problemlərinin həllində ABŞ təşkilatlarının köməyini xüsusi vurğulamışdır. O bildirmişdir ki, respublikada fəaliyyət göstərən 60-dan çox qeyri-hökumət təşkilatı 600 milyon dollar məbləğində subsidiyalar ayırmışlar. Bunun da 335 milyonu ABŞ təşkilatlarının payına düşür.
Sonra qonaqlar məktəblə tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [17:17]
Geniş təfəkkürün ensiklopedik elmi baxışları
- 03.10.2026 [17:09]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [17:01]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 03.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:35]
Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq
- 03.10.2026 [16:31]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [16:16]