DÜNYA
ABŞ şirkətləri Birləşmiş Krallığın data mərkəzlərinə 8,2 milyard dollar sərmayə qoyacaq
London, 15 oktyabr, AZƏRTAC
Britaniya hökuməti dörd ABŞ texnologiya şirkətinin Birləşmiş Krallığın data mərkəzlərinə investisiya edəcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Britaniya hökuməti beynəlxalq investisiya sammiti zamanı ABŞ-ın “ServiceNow”, “CyrusOne”, “CloudHQ”və “CoreWeave” şirkətlərinin birgə 6,3 milyard funt sterlinq ($8,2 milyard) investisiya etməyə razılaşdıqlarını bildirib.
Bu addımın Britaniyanın qlobal süni intellekt (AI) yarışındakı mövqeyini gücləndirmək məqsədi daşıdığı bildirilib. Britaniyanın texnologiya naziri Piter Kayl bu razılaşmanı Birləşmiş Krallığa etimad kimi qiymətləndirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London