ABŞ ukraynalı kibercinayətkarla bağlı məlumat verənlərə 10 milyon dollar mükafat təyin edib
Vaşinqton, 9 sentyabr, AZƏRTAC
ABŞ Dövlət Departamentinin Beynəlxalq Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə İşləri Bürosu “Transmilli Mütəşəkkil Cinayətkarlığın Mükafatları” proqramı çərçivəsində ukraynalı kibercinayətkar Volodimir Timoşçukun istənilən ölkədə tutulmasına və ya məhkum edilməsinə səbəb olan məlumat üçün 10 milyon dollara qədər mükafat elan edib.
AZƏRTAC xəbər verir ki, bundan əlavə təşkilat “Nefilim”, “LockerGoga” və “MegaCortex” kimi proqramların rəhbərlərinin həbsinə və ya məhkum edilməsinə səbəb olan məlumat üçün 1 milyon dollara qədər ayrıca mükafat təyin edib.
Nyu-Yorkun Şərq Dairəsi məhkəməsinin ittiham aktına əsasən, 2018-ci ilin dekabrından 2021-ci ilin oktyabrına qədər Timoşçuk və digər kibercinayətkarlar “Nefilim”, “LockerGoga” və “MegaCortex” proqramları vasitəsilə kompüter şəbəkələrini şifrləmək və Amerika Birləşmiş Ştatları və digər ölkələrdə yüzlərlə şirkət şəbəkəsindən bunun müqabilində pul almaqla dələduzluq ediblər.
Bugünkü elan Ədliyyə Departamenti, Federal Təhqiqatlar Bürosu, “Europol”, Almaniya, Fransa və Norveçlə koordinasiya əsasında edilib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]