ABŞ və Almaniyada yaşayan azərbaycanlılar "Qarabağ"a dəstək olmaq üçün Moldeyə gəliblər
Molde, 1 dekabr, AZƏRTAC
UEFA Avropa Liqasının qrup mərhələsində Norveçdə "Molde" və "Qarabağ" komandaları arasında V turun oyununu azərbaycanlı azarkeşlər də izləyirlər.
AZƏRTAC-ın Molde şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, təqribən 30-a yaxın fanat Ağdam klubuna dəstək olmaq üçün "Aker" stadionuna toplaşıb. Onların arasında Almaniyadan, hətta ABŞ-dan gələn fanatlar da var.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 00:00-da başlayan matçı Belçika Futbol Federasiyasından Erik Lambrexts idarə edir.
Dörd turdan sonra "Qarabağ" 6 xalla qrup ikincisidir. Eyni xala malik "Molde" isə üçüncü pillədə qərarlaşıb.