ABŞERON ÇİMƏRLİKLƏRİNDƏ DƏNİZ SUYUNUN TEMPERATURU 29-30 DƏRƏCƏ OLACAQDIR
Bakı, 9 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu və yağmursuz keçəcəyi, şimal və şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-26, gündüz 37-39, bəzi yerlərdə 40 dərəcə isti təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaqdır.
Avqustun 11-də hava şəraitinin günəşli keçəcəyi, şimal və şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-27, gündüz 37-39, bəzi yerlərdə isə 41 dərəcə isti olacaqdır.
Avqustun 12-də də hava şəraitinin günəşli keçəcəyi, şimal və şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 25-28, gündüz 37-39 dərəcə isti təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında avqustun 10-da hava şəraitinin günəşli keçəcəyi, şərq küləyinin əsəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 20-25, gündüz 36-39, bəzi yerlərdə 41, dağlarda isə gecə 16-21, gündüz 30-35 dərəcə isti təşkil edəcəkdir.
Avqustun 11-12-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 20-25, gündüz 37-40, bəzi yerlərdə 42, dağlarda isə gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:42]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 10.08.2026 [11:57]
Faktiki hava: Bəzi rayonlara leysan yağır
- 09.08.2026 [17:40]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [12:46]
Avqustun 10-da hava necə olacaq? - PROQNOZ
- 08.08.2026 [15:33]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]