“Abşeron” heyətini amerikalı basketbolçu ilə gücləndirib
Bakı, 25 sentyabr, AZƏRTAC
“Abşeron” komandası heyətini yeni basketbolçu ilə gücləndirib.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 196 santimetr boya malik amerikalı Aubri Makalpaynla mövsümün sonuna qədər müqavilə imzalanıb.
O, ötən mövsümü də ölkəmizdə keçirib. Basketbolçu "Naxçıvan"da (əvvəlki "Xəzri") çıxış edib.
Xatırladaq ki, buna qədər "Abşeron" amerikalı basketbolçular Sedrik Conson, Jaja Deyvis, Lari Robinson, Calen Şou, Villiam Cenkins, yerli basketbolçulardan isə Hüseyn Məmmədov, Azər İbrahimov və İsmayıl Abdullayevi transfer edib. Ötən mövsüm komandanın (köhnə adı ilə "Xırdalan") şərəfini qorumuş Nəcəf Babayev və Elçin Salmanzadə ilə isə müqavilənin müddəti daha bir il artırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]