ABŞERON RAYON TƏHSİL İŞÇİLƏRİNİN KONFRANSI KEÇİRİLMİŞDİR
Rayon təhsil şöbəsinin müdiri Aslan Rüstəmov çıxış edərək, ölkəmizdə təhsilin inkişafında ulu öndərimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna xidmətlərindən danışmış, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Fərmanının və “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında” Sərəncamının əhəmiyyətini vurğulamışdır.
Natiq, həmçinin, ötən tədris ilinin yekunları və yeni dərs ilinə hazırlıq barədə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, rayonun təhsil ocaqlarının “İnkişaf Proqramı” hazırlanmış, orta məktəblərin maddi-texniki bazası möhkəmləndirilmişdir. Keçən tədris ilində rayonda orta məktəbi bitirən 1440 şagirddən 1040 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 401 nəfəri tələbə adı qazanmışdır. Test imtahanlarında 38 məzun 500-dən çox bal toplamışdır.
Təhsil şöbəsinin müdiri məktəblərdə cari və əsaslı təmir işlərinin aparıldığını, Təhsil Nazirliyinin və rayon icra hakimiyyətinin məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə kömək göstərdiklərini də diqqətə çatdırmışdır.
Tədbirdə təhsil nazirinin müavini İsgəndər İsgəndərov, rayon icra hakimiyyətinin başçısı Mirzə Novruzov və başqaları ümummilli liderimiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin siyasi kursunu ölkəmizin Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini bildirmiş, Azərbaycan təhsilinin inkişafına göstərilən dövlət qayğısından danışmış, təhsil işçilərinə yeni dərs ilində uğurlar arzulamışlar.
Sonra təhsildə fərqlənən müəllimlərə və yüksək ballarla ali məktəblərə qəbul olunmuş məzunlara hədiyyələr təqdim edilmişdir.
Konfrans iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [17:17]
Geniş təfəkkürün ensiklopedik elmi baxışları
- 03.10.2026 [17:09]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [17:01]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 03.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:35]
Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq
- 03.10.2026 [16:31]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [16:16]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [15:52]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:49]
Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb
- 03.10.2026 [15:32]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 03.10.2026 [15:25]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [15:02]