Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb VİDEO
Bakı, 17 yanvar, AZƏRTAC
Hazırda təhlükəli hava şəraitinin ən kəskin dövrü müşahidə olunmaqdadır. Belə ki, saat 17:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti artıb. Küləyin sürəti paytaxtın Pirallahı rayonunda saniyədə 30, Bakıda, Sumqayıtda, o cümlədən paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində və Binəqədi rayonunun Biləcəri qəsəbəsində 40 metrədək şiddətlənib. Dalğanın maksimal hündürlüyü açıq dənizdə 7,9 metr təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan qərargahdan məlumat verilib.
Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2°-yə enib.