Azərbaycan Dövlət İnformasiya Agentliyi

Adil Əliyev: Azərbaycan xalqı Şuşaya müzəffər, qürurlu və qurucu xalq kimi qayıdıb

Adil Əliyev: Azərbaycan xalqı Şuşaya müzəffər, qürurlu və qurucu xalq kimi qayıdıb

Bakı, 1 sentyabr, AZƏRTAC

Bəşəriyyət tarixinə öz adını qızıl hərflərlə yazdıran xalqların spesifik və unikal inkişaf yolu bir neçə cəhətdən nümunəvi xarakter daşıyır. Əvvəla tarixi faktlar təsdiqləyir ki, zəngin mədəniyyətə malik olmaq və öz milli-mədəni dəyərlərinə, tarixi keçmişinə sahib çıxmaq həmin xalqların davamlı nailiyyətlər qazanmasını və siyasi səhnədə layiqli yer tutmasını təmin edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər Milli Məclisin sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin “Şərəf salnaməsi və Zəfər dastanı” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Reallıqlar bəhs olunan xalqların məhz güclü və qətiyyətli lider ətrafında birləşərək intibah və tərəqqiyə müvəffəq olduqlarını təsdiqləyir. Nəhayət, onların timsalında birlik - həmrəylik faktoru milli inkişafı təmin edən mühüm amil qismində çıxış edir. Heç şübhəsiz, bütün bu sadalananlar şanlı tarixi keçmişə malik olan Azərbaycan xalqının da milli portretinin əsas cizgilərini təşkil edir.

Şanlı tarix: xalqımızın milli qürur nümunəsi - iftixar mənbəyi

Heç şübhəsiz, XXI əsr xalqımızın çoxəsrlik tarixinin bənzərsiz və parlaq səhifəsini təşkil edir. Çünki bu yüzillikdə heç vaxt indiki qədər güclü olmayan Azərbaycan dövləti qlobal siyasi arenada davamlı yüksəlişə malik güclü dövlət, söz və nüfuzu sahibi olan mühüm aktor kimi özünü təsdiqləyib. Eyni zamanda, zəngin və unikal mədəniyyətə, milli iftixar nümunəsi olan şanlı tarixi keçmişə malik xalqımızın şərəfli inkişaf yolunun ən qürurverici səhifəsi, təbii ki, Vətən müharibəsində möhtəşəm qələbəmiz, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasıdır. Azərbaycan xalqının bu Qələbə salnaməsi - Zəfər dastanı dövlətimizin qüdrəti, Müzəffər Ali Baş Komandanımızın siyasi iradəsi və milli həmrəyliyimiz sayəsində yaradılıb.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində çıxışı zamanı bu kontekstdə çox mühüm məqamlara toxunaraq həm tarixi faktlara, həm də müasir reallıqlara nəzər saldı. Müzəffər Ali Baş Komandanımız 44 günlük Vətən müharibəsinin bizim şanlı tariximiz olduğunu bir daha xüsusi vurğulayaraq “Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik”,-deyə diqqətə çatdırdı.

Məğrur və əzəmətli Şuşa əsl sahibinə qovuşdu

Şuşanın işğaldan azad olunması mənəvi, siyasi və strateji cəhətdən çox mühüm əhəmiyyətə malikdir. Çünki birincisi¸ Şuşanın Azərbaycan mədəniyyətinin ocağı kimi xalqımızın tarixində çox böyük rəmzi mənası və xüsusi yeri var. Şuşa, eyni zamanda, azərbaycanlı milli kimliyinin daşıyıcısı və tarixi simvoludur. Bu mədəniyyət mərkəzinin təməli XVIII əsrdə, daha dəqiq desək, 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulub. Əlamətdar haldır ki, illər sonra əsarətdən qurtulan - əsl sahibinə qovuşan Şuşanın gələn il 270-ci ildönümüdür. Heç şübhəsiz, Azərbaycan dövləti bu müstəsna tarixi təntənəli şəkildə qeyd edərək öz milli gücünü və mənəvi-siyasi iradəsini nümayiş etdirəcək, xalqımızın həmrəyliyi yenidən əzəmət simvoluna çevriləcək.

Digər tərəfdən, Şuşanın işğaldan azad olunması strateji amildir. Məlumdur ki, 1992-ci il mayın 8-də Şuşanın işğal edilməsi xalqımız üçün növbəti faciələrə səbəb olmuşdu. Şuşanın strateji əhəmiyyətinin itirilməsindən istifadə edən düşmən Laçını və Kəlbəcəri də işğal altına almış, beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradılmışdı. 28 il sonra bu tarixi Azərbaycan torpağının işğaldan azad olunması Azərbaycanın regionda strateji mövqeyinin möhkəmlənməsinə imkan verməklə yanaşı, xalqımızın mənəvi-psixoloji üstünlüyünü də gücləndirmiş oldu.

Milli keçmişinə sahib çıxan Azərbaycan xalqı tarixi və mədəni dəyərlərini yaşadır

Azərbaycan Prezidentinin rəhbərliyi ilə Şuşada görülən işlər xalqımızın milli keçmişinə sahib çıxmaq, tarixi və mədəni dəyərləri yaşatmaq, Şuşanı sözün hər anlamında dirçəltmək baxımından çox önəmlidir. 2021-ci il 30 avqust tarixində mədəniyyət paytaxtımızda Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışının keçirilməsi isə müstəsna tarixi hadisədir. Bu, eyni zamanda, milli qürur və ləyaqətin, eləcə də mənəvi dəyərlərimizin bərpasıdır. Bu, həmçinin tarixi irsə hörmət nümunəsidir.

Məlumdur ki, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ulu öndər Heydər Əliyev verib. Ulu Öndərin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də Şuşada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olub. SSRİ dövrünün mürəkkəb şərtləri daxilində, xüsusilə də ermənilərin bu tarixi şəhərimizə iddialar irəli sürdükləri bir vaxtda Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərənin ucaldılması ilə bir daha Şuşanın Azərbaycan şəhəri olması öz təsdiqini tapıb. Yeri gəlmişkən, erməni vandalizminin nəticəsində dağıdılmış məqbərənin bərpasını Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz üzərinə götürüb. Bütövlükdə, bu gün Vaqif Poeziya Günlərinin keçirilməsi Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində xalqımızın qürur tarixinin daha bir parlaq səhifəsinin yazılmasıdır.

Bunlarla yanaşı, ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin - Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstlərinin gətirilməsi və mərkəzi meydanda qoyulması, Üzeyir Hacıbəylinin abidəsinin yenidən qoyulması, onun dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verilməsi və digər mühüm addımlar mədəni irsə və milli tarixə ehtiramın təzahürüdür.

Qarabağın tacı dirçələcək, yenidən inkişaf, intibah və tərəqqi məkanına çevriləcək

Şuşanın bərpası hazırda Azərbaycan dövlətinin qarşısında duran milli-strateji vəzifələrdən və mühüm prioritetlərdən biridir. Bu tarixi Azərbaycan şəhərinin bərpasına Prezident İlham Əliyevin cari il yanvarın 14-də Şuşaya etdiyi səfərdən sonra start verilib. Qısa müddət ərzində bu istiqamətdə əhəmiyyətli işlər görülüb, müasir infrastrukturun yaradılması ilə əlaqədar vacib addımlar atılıb. Bu gün fərəh və məmnunluq hissi ilə qeyd edə bilərik ki, Zəfər yolu artıq inkişafın və azad olunmuş torpaqlara həyatın qaytarılmasının rəmzinə çevrilib.

Bunlarla yanaşı, Şuşanın tarixi abidələrinin bərpasına start verilməsi, Heydər Əliyev Fondu tərəfindən üç məsciddə təmir-bərpa işlərinin aparılması, Natəvan bulağının bərpa edilməsi, “Xarıbülbül” və “Qarabağ” hotellərinin istifadəyə verilməsi və digərləri Azərbaycan dövlətinin siyasi iradəsini və iqtisadi gücünü nümayiş etdirir.

Bir sözlə, Azərbaycan xalqı Şuşaya müzəffər, qürurlu və qurucu xalq kimi qayıdıb. Əminliklə söyləmək olar ki, milli həmrəyliyimiz sayəsində Qarabağın tacı dirçələcək, yenidən inkişaf, intibah və tərəqqi məkanına çevriləcək!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək