Azərbaycan Dövlət İnformasiya Agentliyi

Adil Əliyev: Gəncə regional inkişafın hərəkətverici mərkəzinə çevrilib

Adil Əliyev: Gəncə regional inkişafın hərəkətverici mərkəzinə çevrilib

Bakı, 2 fevral, AZƏRTAC

Dövlətimizin başçısı İlham Əliyev prezidentliyinin 18-ci ilində ölkənin ikinci ən böyük şəhəri, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmuş, Nizami yurdu qədim Gəncəyə 18-ci səfərini etdi. Prezidentin Gəncəyə çoxsaylı səfərləri özü-özlüyündə bu şəhərə verilən əhəmiyyətin göstəricisidir. Hər səfər zamanı Gəncədə yeni sosial, iqtisadi, mədəni və digər obyektlərin açılış və yaxud da təməl qoyma mərasimləri keçirilir. Prezident İlham Əliyevin yanvarın 30-dakı səfəri də geniş spektrli obyektlərin açılışı və ya təməlinin qoyulması ilə yadda qaldı. Həmin sosial, iqtisadi, mədəni və digər layihələrin əlamətdar xüsusiyyəti ondan ibarətdir ki, onlar nəinki Gəncənin tərəqqisinə və Gəncə sakinlərinin rifahının yüksəldilməsinə xidmət edir, eləcə də bütün ətraf bölgələrin inkişafı üçün hərəkətverici qüvvə rolunda çıxış edirlər. Bu isə öz növbəsində regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sektorunun artımı və paytaxt Bakının yüklənməsinin qarşısının alınması üçün zəruridir. Qeyd edilənləri təsdiqləmək üçün Prezident İlham Əliyevin Gəncəyə budəfəki səfərinin təkcə bir aspektinə - lokomotiv deposunun istismara verilməsinə diqqət etmək kifayətdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

A.Əliyev bildirib ki, Prezident İlham Əliyev yeni yaradılmış Gəncə lokomotiv deposunu işə saldı. Bu Bakıdakı Biləcəri deposundan sonra ölkədə ikinci depodur. Hər iki depo Azərbaycan Hökuməti ilə Fransa İnkişaf Agentliyinin birgə maliyyəsi ilə inşa edilib. Lokomotiv deposu ABŞ, Almaniya, İngiltərə, İtaliya, Fransa, Hollandiya kimi ölkələrin istehsalı olan qabaqcıl avadanlıq və cihazlarla təchiz edilib. İkinci deponun Gəncədə inşa edilməsi onun coğrafi yerləşməsi, iqtisadi və sənaye potensialı ilə əlaqədardır.

“Vaşinqtonda yerləşən İrs Fondunun Xarici Siyasət Araşdırmaları üzrə Allison Mərkəzinin direktoru Lyuk Koffey qeyd edir ki, “Gəncə dəhlizi” önəmli strateji dəyərə malikdir, çünki Asiyadan Avropaya uzanan çoxsaylı magistral, transmilli neft və qaz boru kəmərləri, fiber-optik xətlər, dəmir yolları, avtomobil yolları və mühüm beynəlxalq təchizat marşrutları məhz Gəncədən keçir. Şərq-Qərb nəqliyyat dəhlizinin vacib hissəsi olan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin də buradan keçdiyini nəzərə aldıqda, Gəncə lokomotiv deposunun əhəmiyyəti aydın görünür. Digər tərəfdən Gəncənin ölkənin ikinci ən böyük şəhəri, iqtisadi-sənaye mərkəzi olması və ölkədaxili dəmir yollarının qovşağında yerləşməsi baxımından bu lokomotivin orada yaradılması iqtisadi məntiqə əsaslanır. Bu kontekstdə Daşkəsən rayonunda yerləşən qızıl və filiz yataqlarının mövcud olduğunu qeyd etmək lazımdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Daşkəsən rayonunda dağ-mədən sənayesinin uğurla inkişafı da böyük dərəcədə Gəncədəki infrastrukturla bağlı olacaq. Bu yataqlardan səmərəli istifadə zəncirvarı sənaye kompleksinin formalaşdırılmasını tələb edir. Gəncənin sənaye potensialı o istiqamətdə xüsusi rol oynayacaq”, - deyə Adil Əliyev qeyd edib.

Milli Məclis sədrinin müavini deyib ki, Gəncə böyük sənaye potensialı ilə yanaşı, hava limanı, beynəlxalq dəmir yolları və magistral avtomobil yollarından ibarət tam inkişaf etmiş nəqliyyat infrastrukturuna malikdir. Yeni depo həmin infrastrukturu daha da gücləndirəcək. Gəncənin bu cür profili onun Daşkəsən və digər ətraf rayonlardan başqa, Vətən müharibəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına və inkişafına da mühüm töhfə verəcək. Gəncənin xüsusən Kəlbəcərin inkişafında rolu böyük olacaq. Çünki hazırda Kəlbəcərə gedən yeganə yol Gəncədən keçir. Kəlbəcərlə yanaşı Laçının təchizatında və tam reinteqrasiyasında Gəncə bir mərkəz rolu oynayacaq.

Onun sözlərinə görə, Gəncə dəmir yolu deposunun istismara verilməsindən bəhs edərkən, bir məqama da diqqət etmək lazımdır. Bu da həmin deponun enerji təchizatının bir hissəsinin qarşılanması məqsədilə deponun ərazisində 350 ədəd günəş panelinin quraşdırılmasıdır. Dəmiryolu hazırda dünyada ekoloji cəhətdən ən təmiz nəqliyyat növlərindən biri hesab olunur. Üstəlik dəmiryolunun fəaliyyətində hərəkətverici həlqə kimi çıxış edən lokomotivlərə texniki qulluq göstərilməsində bərpa olunan enerjidən istifadə edilməsi yenilik sayılmalıdır. Müasir, mütərəqqi dünyada bərpa olunan təmiz enerji mənbələrindən istifadə olunması ölkələrin yüksək inkişaf səviyyəsinin və mədəni kimliyinin aparıcı göstəricilərindən biri hesab olunur. Bu baxımdan Azərbaycanda son dövrdə həmin sahəyə verilən əhəmiyyət və Prezident İlham Əliyevin “yaşıl enerji” layihələrinə xüsusi diqqəti, o cümlədən Xızı-Abşeron Külək Elektrik Stansiyasının təməlinin qoyulması, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi qürurvericidir.

“Yekunda Milli Məclisin Gənclər və İdman komitəsinin sədri və ümumiyyətlə, idmana bağlı olan insan kimi məmnuniyyətlə qeyd etmək istərdim ki, hazırda Gəncədə Azərbaycanın ən böyük idman sarayı inşa olunur. Hətta Avropa oyunları, İslam oyunları kimi beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmiş paytaxt Bakıda bu böyüklükdə idman sarayı yoxdur. Bu isə regionların inkişafının daha bir parlaq göstəricisidir. Əminliklə demək olar ki, Gəncə sosial-iqtisadi, mədəni və idman sahələrində regional inkişafın hərəkətverici mərkəzinə çevrilib. Gəncənin belə inkişaf səviyyəsinə çatması böyük ölçüdə dövlətimizin başçısı İlham Əliyevin 2003-cü ildə prezidentliyinin ilk ayında verdiyi Fərmanı ilə 2004-cü ildən tətbiq edilməyə başlanmış Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının uğurla və effektiv surətdə həyata keçirilməsi sayəsində baş vermişdir”, - deyə Adil Əliyev diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib