ELM VƏ TƏHSİL
ADNSU-da fənn olimpiadasının qalibləri mükafatlandırılıb




Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Bakı şəhər məktəblərinin buraxılış siniflərinin şagirdləri üçün keçirilən riyaziyyat, kimya və fizika fənn olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi olub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı ümummilli lider Heydər Əliyevin elmə və təhsilə daim böyük önəm verdiyini vurğulayıb.
Rektor ADNSU-da keçirilən fənn olimpiadalarının şagirdlər üçün önəmindən danışıb. O, universitetdə keçirilən bilik yarışının nəticələrindən məmnun qaldığını bildirib və olimpiadada birinci yeri tutan qaliblərin ADNSU tələbəsi adını qazanacaqları təqdirdə xüsusi təqaüdlə də təmin ediləcəklərini vurğulayıb. Mustafa Babanlı, eyni zamanda, fənn olimpiadalarının keçirilməsində bir sıra yeniliklərin tətbiqinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Sonra olimpiadada I, II və III yerləri tutan qaliblər mükafatlandırılıb.