ADSEA: Ucqar rayon və kəndlərdə suya əlçatanlıq qadınların həyatında müsbət dəyişikliklərə yol açır
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ölkəmizin ucqar rayon və kəndlərində suyun əlçatanlıq təmin etməsi qadınların həyatında müsbət dəyişikliklərə yol açır. Bu əlçatanlıq xanımların suyu əldə etməsinə sərf etdiyi vaxtı özünə ayırmağa kömək edir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) şöbə müdiri Riad Axundzadə ADA universitetində “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfrans çərçivəsində təşkil olunan panel iclasda çıxışı zamanı deyib.
Şöbə müdiri bildirib ki, onun təmsil olunduğu qurumda kişilərlə birlikdə qadınlar da çalışırlar.
“Son illərdə qurumlarda qadınlar çox təmsil olunurlar. ADSEA-nın müxtəlif sahələrində qadınlar çalışsalar da texniki sahələrdə kadr çatışmazlığı mövcuddur. Qadın mütəxəssislərin yetişdirilməsinə ehtiyac var”, - deyə R.Axunzadə bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]