Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri V İslamiadanın finalına yüksəliblər
Təmsilçilərimiz komanda hesabında gümüş medalı təmin ediblər
Konya, 13 avqust, Səxavət Quliyev, AZƏRTAC
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə təsnifat mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yığmasının üzvləri Vladimir Dolmatov (təsnifat mərhələsi 1-ci yer) və Mədinə Mustafayeva (təsnifat mərhələsi 2-ci yer) fərdi proqram ilə yanaşı, qarışıq cütlük (təsnifat mərhələsi 2-ci yer) kateqoriyasında final mərhələsinə vəsiqə qazanıblar.
M.Mustafayeva, V.Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında (təsnifat mərhələsi 2-ci yer) da finala adlayıb.
Aerobika gimnastikası üzrə final mərhələsi avqustun 14-də olacaq.
Qeyd edək ki, aerobika gimnastikası üzrə təmsilçilərimiz komanda hesabında gümüş medalı özləri üçün təmin etsələr də, mükafatlandırma mərasimi sabah olacaq.