AFİNADA TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏLİMLƏR KEÇİRİLMİŞDİR
Təlimlər polislərin, xüsusi xidmət orqanları əməkdaşlarının və Afina–2004-ün Təşkilat Komitəsi nümayəndələrinin iştirakı ilə Yunanıstan paytaxtının mərkəzini Olimpiya stadionu və şəhərin şimalında yerləşən qəsəbələrlə birləşdirən Kifisias şosesində keçirilmişdir. Olimpiada keçirilməsi şəraitində, habelə fövqəladə vəziyyətdə nəqliyyatın təhlükəsiz işləməsi variantları yoxlanılmışdır.
Təlimlərin keçirildiyi şose Afinanın əsas nəqliyyat arteriyalarından biridir. Olimpiada günlərində şəhərin baş magistrallarında şəxsi nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görüləcəkdir.
Afina yollarında artıq Olimpiya nişanları çəkilmişdir. Avqustun əvvəlindən Olimpiada iştirakçılarını və qonaqları daşıyan ictimai nəqliyyat və avtobuslar üçün xüsusi zolaqlar ayrılacaq və həmin zolaqlarda şəxsi avtomobillərin və taksilərin hərəkəti qadağan ediləcəkdir.
Olimpiya obyektlərinə aparan şose boyu terror hücumları təqdirində istifadə üçün xüsusi sığınacaqlar qoyulacaqdır. Bu sığınacaqlar Olimpiadanın qonaqları, o cümlədən xarici dövlətlərin başçıları üçün nəzərdə tutulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]
Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
- 23.09.2026 [08:53]