Azərbaycan Dövlət İnformasiya Agentliyi

Afiq Baxışov: “MİTSULİFT” şirkəti, ilk növbədə, xidmət keyfiyyəti ilə hər zaman öndədir

“MİTSULİFT” şirkəti 2019-cu ildən etibarən Bakıda və Azərbaycanın bölgələrində Yaponiya, Tailand, Koreya və Şanxay istehsalı olan “Mitsubishi” markalı bütün model lift və eskalatorların elektromexaniki quraşdırılmasını, hərtərəfli texniki xidmət işlərini, proqram təchizatını və ehtiyat hissələrinin təminatını həyata keçirir. Bu işləri həyata keçirmək üçün şirkət Azərbaycan Respublikasının qanunlarına müvafiq lisenziya, “Mitsubishi” zavod sənədlərinə, maddi-texniki bazaya, orijinal ehtiyat hissələrinə, yerli və xarici mühəndis və texniki heyətinə sahibdir. “Hər zaman mükəmməlliyə doğru” devizini əsas tutaraq məhsul və xidmət keyfiyyəti ilə fərq yaradan “MİTSULİFT” MMC bu müddət ərzində öndə gedən lider şirkətlərdən birinə çevrilə bilib. “MİTSULİFT” şirkətinin təsisçisi və direktoru Afiq Baxışov AZƏRTAC-ın suallarını cavablandırıb.

- “MİTSULİFT” şirkəti hansı zərurətdən yarandı?

-Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu böyük uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub, bütün sahələrdə müsbət göstəricilərə imza atıb. Artıq dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir, ötən hər ay, hər il bütün sahələrdə əldə olunan uğurlarla tarixə düşür. Bəli, bu gün reallaşdırılan mühüm layihələr nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin, sahibkarlığın inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır. Prezident İlham Əliyevin reallaşdırdığı məqsədyönlü siyasət hesabına özəl sektor yeni inkişaf dönəminə qədəm qoymaqla, sahibkarlığın inkişafına diqqət daha da artırılıb. Dövlətimizin başçısının sahibkarlara, yerli kadrların yetişməsinə yönəlik dəstəyindən ilhamlanaraq “MİTSULİFT” şirkətinin əsasını qoyduq. Şirkətimiz Yaponiyanın dünyaca məşhur “MİTSUBİSHİ ELECTRİC” Elevator's & Eskalator's-un standartları çərçivəsində fəaliyyət göstərir. Bizim missiyamız inkişaf etməkdə olan şəhər və infrastrukturları təhlükəsiz və sürətli liftlərlə, həmçinin eskalatorlarla təmin etmək, yerli sahibkarlara-müştərilərimizə tam şəffaf xidmət göstərmək, eyni zamanda, yerli kadrların inkişafına da töhfə verməkdir. Şirkətimiz bu illər ərzində “Mitsubishi” markasının avadanlıqlarının (lift və eskalatorlarının) quraşdırılmasını, texniki xidmətini, təmir işlərini, proqram, ehtiyat hissələrinin təminatını həyata keçirir.

-Bu gün rəhbərlik etdiyiniz şirkəti rəqiblərindən hansı üstünlüklər fərqləndirir?

-Mən deyərdim ki, “MİTSULİFT” şirkəti, ilk növbədə, xidmət keyfiyyəti ilə hər zaman öndədir. Halallıq, şəffaflıq, düzgünlük, heyətin nizam-intizamlı olması və əlbəttə ki, mütəxəssislərimizin peşəkarlığı. Şirkətimizin dayaq sütunları təcrübəli işçilərimizdir. Beynəlxalq standartlarla işləyən mühəndis və texniki işçilərdən ibarət, çevik koordinasiya olunan, təcrübəli komandamız kompleks layihələrin öhdəsindən uğurlu gəlir, fəaliyyətimizin hər bir mərhələsində: Layihələndirmə, quraşdırma, quraşdırma sonrası texniki xidmət zamanı bizim üçün ən vacib üç prinsipi - təhlükəsiz iş, keyfiyyətli iş və müştəri məmnuniyyətini rəhbər tuturlar.

Lift sahəsində olan böyük təcrübəmizlə yola çıxaraq 6 il ərzində “Mitsubishi” brendinə aid keyfiyyətli məhsulların müştərilərə çatdırılmasını təmin etmişik. Lift və eskalator quraşdırılması xidmətimiz müvafiq olaraq həmin məhsulları yeni tikililərdə, hündür göydələnlərdə, ticarət mərkəzlərində uyğun standartları qorumaqla quraşdırmağa nail olub. Lift quraşdırılması zamanı prioritetimiz standartları qorumaq və mövcud ola biləcək insan axınına qarşı planlamanı həyata keçirməkdir. Yaşayış və qeyri-yaşayış sahələrində quraşdırılan liftlərimiz hər zaman qiymət və xidmət keyfiyyətini qoruyub. Fəaliyyətini JIS standartları (Yapon Sənaye Standartları- Müxtəlif sənaye və sektorlarda ardıcıllıq, təhlükəsizlik və keyfiyyəti təmin etmək) əsasında quran və uzun illər ərzində bu standartlara sadiq qalan “Mitsubishi” dünya markaları arasında ən dözümlü brendlərdəndir. Onun hər hansı bir hissəsi asanlıqla sıradan çıxmır. Bu, bizim iş təcrübəmiz əsasında da öz təsdiqini tapıb. Necə deyərlər, yüksək yapon keyfiyyəti öz nəticəsini göstərir. Bir məqamı da qeyd edim ki, devalvasiya zamanı digər bütün brendlər öz keyfiyyətllərindən kəsdilər və ya alternativ bir model buraxdılar. “Mitsubishi” isə nə keyfiyyətini azaltmadı, nə də alternativlər təqdim etmədi. Brend sabit vəziyyətini saxladı və öz adını qorudu. Biz də brendin adını öz xidmətimizlə həmişə yüksək saxlamağa çalışırıq.

-Əməkdaşlarınızın peşəkarlığını artırmaq üçün hansı işlər görürsünüz?

- Mənim 16 illik “Mitsubishi” təcrübəm var. Həmçinin "MİTSUBİSHİ" elevators & escalators-un təşkil etdiyi təlimlərdə dəfələrlə iştirak etmişəm, bu işin ən xırda incəliklərinə qədər bilik və bacarıqlar qazanmışam. Bu gün isə artıq yerli kadrlar yetişdiririk. Əməkdaşlarımız təlim və təcrübə zamanı qazandığım biliklərdən vətənimizdə bəhrələnirlər.

-Dünyanın ən rahat, modern daşıma vasitələrindən biri olan lift və eskalatorların düzgün quraşdırılmaması, onların sistemindəki kiçik nasazlıqlar böyük fəlakətlərin yaranmasına, insan ölümlərinin baş verməsinə səbəb ola bilir. Bu baxımdan lift və eskalatorların standartlara uyğun şəkildə quraşdırılması, bu işlərin görülməsi zamanı insanların təhlükəsizliyinin təmin olunmasının önə çəkilməsi olduqca vacibdir. O zaman son vaxtlar liftlərlə bağlı yaranan xoşagəlməz halların səbəbkarları kimdir?

-Yaranan problemlərin səbəbini mən, ilk növbədə, düzgün seçim etməyən və ya edə bilməyən müştərilərdə görürəm. Bəzən sahibkarlar çox pul xərcləyib keyfiyyətli məhsul əldə etmək əvəzinə, ucuz və müvafiq olaraq da keyfiyyətsiz liftlə qənaətlənirlər. Bu isə gələcəkdə təəssüf ki, hansısa qəzaları və bədbəxt hadisələri qaçılmaz edir. Bu, artıq praktikada təsdiqlənmiş vəziyyət olduğundan biz “MİTSULİFT” şirkəti olaraq hər zaman müştərilərimizin diqqətini bu məqama yönləndirmək istəyirik. Biz hər ay müqavilə müddətinə uyğun olaraq liftlərə müntəzəm xidmət göstəririk. Bəzi iş adamları xəbərdarlıqlara baxmayaraq, bu məsələni gözardı edirlər. Lisenziyalı şirkətlərə müraciət etmək əvəzinə, qiymətin ucuzluğuna görə Çində, Türkiyədə sexlərdə istehsal olunan keyfiyyətsiz modelləri alırlar. Satış menecerlərinin də öz maraqları olduğundan şişirdilmiş təkliflər verirlər. Beləliklə də müştərini aldada bilirlər. Sahibkar bu qədər bina tikir, orada yaşayan bütün sakinlərin məsuliyyəti onun üzərindədir. Bu məsələlərə barmaqarası baxmaq olmaz. Diqqətli olmaq lazımdır. Hər hansı bir yaranacaq problemi qabaqcadan sığortalamaq vacibdir. Təəssüf ki, bəziləri bu gün 3 min xərcləməyin dərdindən, 3 gün sonra 50 min manat xərcləməyə hazırdırlar. Odur ki, ildə heç olmasa 1 dəfədən az olmayaraq göstərilən texniki baxışın keyfiyyətini yoxlamaq, liftlərin mövcud vəziyyətini bilmək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin ekspertləri tərəfindən liftlərə baxış keçirilməlidir. Sahibkar Agentliklə müqavilə bağlayaraq liftlərin sazlığını nəzarətdə saxlamalıdır. Bu, ilk növbədə, sahibkarın öz marağında olmalıdır.

-Texniki baxış hansı formada həyata keçirilir?

-Lift quraşdırıldıqdan sonra onun 3-cü prosesi texniki xidmətdir, yəni servis xidmətidir. Bu xidməti lifti quraşdıran təşkilat və ya satışı həyata keçirən şirkət həyata keçirə bilər. Bu sifarişçinin istəyindən asılıdır. Əgər biz quraşdırmadan sonra texniki xidmət müqaviləsini də bağlayırıqsa, o zaman mütəmadi olaraq müqavilədən asılı olaraq bir neçə dəfə texniki baxış həyata keçiririk.

Lift sayı 1-dən 4-ə qədər olduqda 1 iş günü, 4-dən yuxarı lift sayında isə 2-3 iş günü olmaqla texniki xidmət göstərilir. Texniki xidmət bizim təlim keçmiş peşəkar mütəxəssislərimiz tərəfindən aparılır. Müştərilərimizlə 3 formada xidmət müqaviləsi bağlanılır:

1.Ehtiyat hissəli

2.Ehtiyat hissəsi xaric

3. Bütöv növ çatışmazlıqları təmin edən VİP müqavilə

-2025-ci ildə hansı yeni layihələriniz gözlənilir?

-2024-cü il şirkətimiz üçün uğurlu əməkdaşlıqlar və yeni layihələrlə yadda qalan oldu. Ötən il ərzində ölkəmizin ən önəmli layihələrinin tenderlərində qalib olub, xalqımıza və müştərilərimizə keyfiyyətli xidmət göstərmişik. Məqsədimiz mükəmməlliyə nail olmaqdır. 2025-ci il üçün də böyük hədəflərimiz var. Mən əslən Azərbaycanın ən dilbər guşəsi olan Qarabağımızın göz bəbəyi Şuşadanam. Bizim də nəsibimizdir bir gün Şuşaya qayıtmaq. Zamanla bizə də o gün qismət olacaq, doğma yurdumuza qayıdacağıq. Mən çox istərdim ki, biz Qarabağ zonasında öz fəaliyyətimizi davam etdirək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə cansağlığı versin! Bizim onların qarşısında kişilik borcumuz var. Allah Prezidentimizi də qorusun, 30 ildən sonra bizə torpaqlarımıza qovuşmaq səadətini yaşatdı!

-Müsahibə üçün təşəkkür edirik.

“MİTSULİFT” şirkəti ilə əlaqə:

http://www.mitsulift.az

[email protected]

Qaynar Xətt : +99470 535 50 50

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əsrə bərabər 35 il

Sabah rayonlarda hava əsasən yağmursuz olacaq

Kamran Musayev: Ötən bir ildə 4 xəstəyə ürək transplantasiyası əməliyyatı icra etmişik

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Qərbi Azərbaycandan olan Nəcəfovlar ailəsinin evliliklərinin 50 illiyi qeyd olunub

Pedaqoji Universitet NASCO29-da təmsil olunub

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

Arsen Venger: FIFA U-15 hamı tərəfindən sevilib və hər kəs onun yenidən keçirilməsini istəyir

NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

Fransada 31 oktyabr etirazları: CGT nümayişçiləri Parisdə icazə verilən marşruta qoşulmağa çağırır

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Türk Xəbər Agentlikləri Alyansının fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Botanika İnstitutu Qarabağ florasının elmi tədqiqi və rəqəmsallaşdırılması istiqamətində araşdırmalar aparıb

Nadir Zeynalov: Transplantasiya multiinstitusional yanaşma tələb edir

Milli Məclisin komitə sədri: Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisində artım müşahidə olunur

Kamran Musayev: Hazırda 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləyir

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

Parisdə 31 oktyabr aksiyasının marşrutu dəyişdirilib: Dövlət Şurası polis prefekturasının qərarını qüvvədə saxlayıb

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

İğdırda Azərbaycanın Vətən müharibəsindəki Zəfər Günü qeyd olunacaq

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

Qazaxıstan sərhədçiləri bu ay Xəzərdə 126 qanun pozucusunu və 44 kiçikölçülü gəmini saxlayıblar

Domen Krapej: Azərbaycan mədəniyyət və rəqs dünyası ilə tanış olmaq üçün gözəl ölkədir

“Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Azərbaycan Premyer Liqası: “Qəbələ” bu gün “Qarabağ”ı qəbul edəcək

ABŞ-də qazma qurğularının sayı artıb

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Rezidentlik sertifikatı necə alınır?

Ali Məhkəmənin Plenumunda bir sıra qərarlar qəbul olunub

Rəssam Anar Şəmsi “Barama” əsərində sığınacaq, yaddaş və irs anlayışlarını əks etdirib

AFFA futbol klubları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Qarabağ Dirçəliş Fondu QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiyada iştirak edib

“Konsul leqallaşdırılması informasiya sistemi”nin yaradılması üzrə texniki işlərin 85 faizi tamamlanıb

Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Azərbaycançılıq ideyası milli birliyimizin və dövlətçiliyimizin əsasını təşkil edir - ŞƏRH

Mir Azər Abdullayev: “Yenidən bax” əsərim insanı təbiətə və ətraf aləmə yenidən nəzər salmağa çağırır

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 31 oktyabr

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

Rəşad Ələkbərov: Festival müasir incəsənətin müxtəlif istiqamətlərini bir araya gətirir

Vinita Aqraval: “Baku Art Weekend” Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq üçün geniş imkanlar yaradır

Türk qonaq: “Art Weekend” festivalı çox yüksək səviyyədə təşkil olunub

Latviyalı rəssam: Azərbaycanın çox peşəkar rəssamları var

Azərbaycançılıq ideologiyası: Milli birliyin və həmrəyliyin əsası - ŞƏRH

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Gəncədə 18 min manatlıq qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb VİDEO

Gəncədə 18 min manatlıq qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb VİDEO

Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb VİDEO

Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb VİDEO

Qubadlıda ilk su elektrik stansiyası tikilir VİDEO

Qubadlıda ilk su elektrik stansiyası tikilir VİDEO

®  Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt” VİDEO

® Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt” VİDEO

“Axios”: Trampın İrana qarşı hərbi əməliyyatları bərpa etməsinə seçkilərin nəticələri təsir göstərə bilər

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Azərbaycan nefti 126 dollara satılır VİDEO

Azərbaycan nefti 126 dollara satılır VİDEO

“Bloomberg”: “Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub

Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır

Azərbaycanlı şagirdlər Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar

Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə xərclədiyindən 10 dəfə çox gəlir əldə edib

WSJ: İranın zərbələri ABŞ-nin Yaxın Şərqdəki bazalarına milyardlarla dollar ziyan vurub

Tramp: ABŞ İranla münaqişənin həllinə tələsmir

İsrail ordusu HƏMAS komandirini öldürdüyünü açıqlayıb

Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir

Səbuhi Əhmədov: Sərgi Azərbaycan xalqının döyüş ruhunu əks etdirir

Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı olub

Tramp: ABŞ hələlik Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etmir

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var VİDEO

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var VİDEO

Rejissor: Teatr aktuallığını qorumaq istəyirsə, tamaşaçı ilə ünsiyyətin yeni formalarını axtarmalıdır

ABŞ Ukraynaya 2,1 milyard dollarlıq “Patriot” raketlərinin satışını təsdiqləyib

Kanada Ukraynaya 500 milyon avro ayıracaq

ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarını təxliyə etməyə başlayıb

Eldar Cəfərov: Gələn il Azərbaycanda yeddi beynəlxalq rəqs layihəsinin keçirilməsi planlaşdırılır

Bakıda “Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalı keçirilir

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib

Ekspert: Azərbaycan AQEM çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayır

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb

İcbari Sığorta Bürosu son 5 ildə 5 milyon manatdan artıq kompensasiya ödənişi edib

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb

Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları əsasında müəyyən ediləcək

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb

Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib

“Əsgərlərimi çıxarın, mən hələ dözərəm” - Son nəfəsində də zabit şərəfinə sadiq qalan komandir

Bu saata olan əsas xəbərlər

Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb