Ağ ev Cozef Bayden-Si Cinpin görüşünü təsdiqləyib
Pekin, 1 noyabr, AZƏRTAC
Ağ ev Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının noyabrın sonunda San-Fransisko şəhərində keçiriləcək zirvə toplantısı çərçivəsində ABŞ və Çin liderlərinin görüşəcəyini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə tərəflərin belə bir görüş barədə razılığa gəldiklərini açıqlayıb. O, görüş planını tamamlamaq üçün lazım olan detallar barədə danışıqların davam etdiyini söyləyib.
Rəsmi Pekin isə Çin və ABŞ liderlərinin görüşünün təsdiqlənməsinə dair hələ açıqlama verməyib.
Qeyd edək ki, bu yaxınlarda Çin xarici işlər nazirinin Vaşinqtona səfəri zamanı ABŞ rəsmiləri ilə müzakirələrdə Bayden-Si görüşü ilə bağlı məsələ də diqqət mərkəzində olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]