Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ağ evin Azərbaycan qərəzi və rəzaləti

Bakı, 5 dekabr, AZƏRTAC

Yüksəkvəzifəli rəsmisinin timsalında Azərbaycan Prezidentindən münasibətləri normallaşdırmağı xahiş etdikdən və bu ricasına müsbət cavab aldıqdan cəmi bir neçə gün sonra ABŞ ölkəmizə qarşı yalan və böhtan kampaniyasını dayandırmadı. Gülünc yaddaşsızlığı, divara baxıb danışmağı bir yana, artıq ciddi psixoloji fəsadları ilə diqqət mərkəzinə gələn Prezident Baydenin rəhbərlik etdiyi bu dövlət öz xarici siyasətində də eyni tərzi nümayiş etdirir. Özünü idarə edə bilməyən bir Prezidentin administrasiyasının fəaliyyətində də sistemsizlik, dövlət maraqlarının lobbi mənafelərinə qurban verilməsi, psixoloji aqressiya, sadə dillə desək, siyasi korluq kimi hallar indi daha da artıb.

Dünyada cinayətkarlığın, korrupsiyanın dövlət aparatında ən çox yayıldığı bu ölkənin bütün fəaliyyəti ayrı-ayrı siyasi və biznes dairələrinin mənfəətlərinin ödənməsinə yönəlib. Avropanın enerji təminatı, Yaxın Şərqdə sabitlik, qlobal təhlükəsizlik məsələlərində Azərbaycanla tərəfdaşlıq ABŞ-ın dövləti maraqlarını əks etdirsə də, administrasiyanın korrupsiya mənfəəti onu rəsmi Bakı ilə düşmənçiliyə sövq edir.

Bu fikirlər “Azərbaycan” qəzetində dərc olunmuş “Ağ evin Azərbaycan qərəzi və rəzaləti” sərlövhəli məqalədə yer alıb.

AZƏRTAC məqaləni təqdim edir: “Qlobal korrupsiya şəbəkəsi yaradan, narkomanlıqda və zorlamada rəsmən ittiham olunan Bayden ailəsi, lobbilər tərəfindən maliyyələşdikləri ifşa edilən Ağ ev rəsmiləri, xarici şirkətlər tərəfindən rüşvət almaları təsdiq olunan senator və konqresmenlər ABŞ-ın əsl simasını, mahiyyətini, əxlaqını və ən əsası, fəaliyyət yönümünü bütün çılpaqlığı ilə nümayiş etdirir!

Yerli xalqların kütləvi soyqırımı üzərində qanla təməli qoyulan, əsrlər boyu on milyonlarla insanın məhvinə, onlarla dövlətin süqutuna, çoxsaylı savaşların başlanmasına səbəb olan Ağ evin zülmət tarixçəsində Azərbaycana qarşı qərəzi və rəzaləti, əlbəttə ki, nə ilkdir, nə də sonuncu…

ABŞ Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməkdə günahlandırır

ABŞ siyasi dairələrinin məkrli siyasətlərinin əsas ruporlarından olan “Vaşinqton Post” qəzetində Azərbaycana qarşı qərəzli, ölkə rəhbərliyini hədəfə alan məqalənin dərc olunması birinci hal deyil. Azərbaycan hər dəfə uğura imza atanda Dövlət Departamentinin sifarişi ilə “Vaşinqton Post” və onun kimi digər mediada ölkəmizə qarşı belə hücumlar təşkil olunub.

Son aylarda ABŞ-dan artan belə hücumların səbəbi Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, Qarabağda erməni separatizminə son qoymasıdır. Bayden hakimiyyəti Azərbaycanın öz əraziləri üzərində suverenliyini bərpa etməsi ilə heç cür razılaşa bilmir və Bakıdan ermənilərin intiqamını almağa çalışır. Ötən ay ABŞ Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində absurd teatr səhnəsini xatırladan dinləmələrin keçirilməsi, Bayden Administrasiyasının təhriki ilə anti-Azərbaycan, korrupsiyaçı, islamofob senatorların saxta məlumatları əsasında ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” qəbul etməsi, bədnam “907-ci düzəliş”in yenidən qüvvəyə minməsi aydın göstərir ki, Ağ ev Azərbaycanın öz milli haqqını bərpa etməsi ilə barışa bilmir.

Konkret desək, ABŞ Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməkdə günahlandırır, Prezident İlham Əliyevin müstəqil siyasətini həzm edə bilmir və ona qarşı belə çirkin kampaniya, materiallar təşkil edir. “Vaşinqton Post” qəzetində dərc olunan məqalə də bu siyasətin növbəti təzahürüdür.

Əslində, ABŞ-ın Azərbaycana qarşı qərəzinin bu səviyyəyə çatması anlaşılandır. Söhbət ondan gedir ki, Fransada olduğu kimi Amerikanın siyasi dairələrinin də erməni, lobbisi ilə həm də korrupsioner əlaqələri var. Bu səbəbdən Bayden hakimiyyəti erməni lobbisinin güclü təsiri altındadır və onun oyuncağına çevrilib.

ABŞ-da “sarsaq qoca”, dünyada “kriminal ailə başçısı”...

ABŞ-ın sabiq dövlət başçısı Donald Trampın seçkiöncəsi etirafı vardı: “Biz korrupsiyalaşmış dövlət aparatına, rüşvətxor məhkəmə-hüquq sisteminə, saxtakar seçki prosesinə, fırıldaqçıların əlaltısı olan KİV-ə qarşı mübarizə aparırıq və qələbə çalmaqla onları aradan qaldıracağıq”. Ancaq Tramp bunu bacarmadı, çünki qarşısında böyük cinayətkar şəbəkə, geniş korrupsiya maşını - dövlət aparatı vardı.

ABŞ tarixində korrupsiya, rüşvət və digər dövlət cinayətlərində günahlandırılan prezidentlər yetərincədir. Əslində, daha dəqiq desək, bu ittihama məruz qalmayan ABŞ Prezidenti yoxdur!

Ancaq Co Baydenin hakimiyyəti illərində bu ittihamlar daha intensiv hal alıb. Ən maraqlısı da odur ki, əgər Baydenin sələfləri daha çox vasitəçilərlə rüşvət qəbul edirdilərsə, Bayden qanunsuz ödəmələri birbaşa özü və ailəsi tərəfindən alır. Özü də çəkinmədən, həm də daha iri məbləğdə, davamlı olaraq… İnternet resurslarından Bayden ailəsinin, xüsusən oğlunun korrupsioner əlaqələri barədə minlərlə informasiya əldə etmək mümkündür.

ABŞ mediası bizim şəkililər kimi hər məşhur adama bir ayama, ləqəb qoyur. Onilliklər boyu Baydenin də ləqəbi çox olub, ən məşhuru isə "sarsaq qoca"dır. Bu, indi ona aid edilən yeganə ayamadır. ABŞ qəzetləri prezidentlərini belə adlandırırlar. Ancaq dünya mediası Baydeni "sarsaq qoca" yox, "kriminal ailə başçısı" kimi təqdim edir.

Bayden dünya mediasında yalnız psixi durumu, müəmmalı davaranışları, hər gün törətdiyi növbəti rəsmi protokol qalmaqalı ilə deyil, həm də ailəsinin və şəxsən özünün cinayətləri ilə manşetləri “bəzəyir”.

Baydenlər “zəngin” kriminal keçmişə və müasir cinayətkar fəaliyyətə malikdirlər. Bu ailənin kriminal "inciləri" ən məşhur mafiya, narkobaron ailələrinin cinayətləri ilə yarışmağa hazırdır.

Bu barədə qlobal media resurslarında yüz minlərlə istinadlar, danılmaz faktlar, aşkar sübutlar var. Bu faktların içində həm də məişət pozğunluğu, zorlama, pedofeliya, ailədaxili təcavüz kimi cinayətlər də var ki, bunlar ABŞ hakimiyyətinin əsl mahiyyətini, mənəvi iyrəncliyini real göstərir.

ABŞ-ın ən məşhur cinayətkarı Bayden ailəsinə mənsubdur

Bayden ailəsi ilə bağlı yazılan və deyilənlərə istinad etməyəcəyik. Yalnız istintaq materiallarına çevrilən, hüquqi araşdırmalara diqqət ayıracağıq. Məsələn, Co Baydenin artıq ABŞ-ın “ən məşhur cinayətkarı” adını alan oğlu Hanterə qarşı Cinayət Məcəlləsinin azı 20 maddəsi ilə ittiham irəli sürülüb.

Barak Obamanın hakimiyyət illərində ABŞ vitse-prezidenti olan Baydenin oğlu Hanter Ukraynada nüfuz lobbiçiliyi vasitəsilə milyonlarla dollar qanunsuz vəsait qazanıb. Məsələn, o, ən böyük müstəqil qaz istehsalçısı olan "Burisma Holdings"dən beş il ərzində 3-5 milyon dollar arasında vəsait mənimsəyib. Eyni zamanda, ABŞ-dakı təsir vasitələrindən istifadə edərək kredit anlaşması adı ilə on milyonlarla dollar vəsait əldə edib. Özü də bu prosesdə bütün tərəfləri şantajla təhdid edib. Ukraynanın kabusuna çevrilən Baydenin oğlunun qanunsuz əməlləri daha geniş miqyas alanda Ukraynanın baş prokuroru Viktor Şokin Hanter barədə cinayət işi açıb.

Bu məqamda prosesə “Xaç atası” - ata Bayden müdaxilə edir. Ukrayna rəhbərliyinə şantajları nəticəsində baş prokurorun vəzifədən azad edilməsinə nail olur.

Ukraynadakı gizli laboratoriyaları da hədəfə götürən Hanter Bayden qanunsuz nüfuz lobbiçiliyi ilə ABŞ Müdafiə Nazirliyinin podratçısı “Black&Veatch” ilə patogenlərin tədqiqi üzrə əməkdaşlıq edən "Metabiota" tibb şirkətinə ABŞ hökuməti ilə çoxmilyonluq müqavilə bağlamağa "kömək" edir. Qanunsuz pul dövriyyəsinin 50 milyon dollara yaxın olduğu barədə rəsmi məlumat verilir. Fakt aşkar olunanda istintaqı ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) öz üzərinə götürür. Lakin Co Baydenin müdaxiləsi ilə istintaqa məlum olan məlumatlar gizlədilir. Bir müddət sonra isə istintaq materialları “məxfi” qrifi ilə arxivə atılır.

Rusiya qarşısında tək qalmamaq üçün Ukrayna rəhbərliyi Bayden ailəsinin şantajlarına boyun əyir, Hanterin on milyonlarla dollar həcmində qanunsuz gəlirinə göz yumur, bu cinayətkar fəaliyyətin davamlılığına şərait yaradır…

Vitse-prezident Bayden və ailəsi Ukraynanın maliyyə resurslarını, iqtisadiyyatını beləcə dağıdır…

İllər keçir, Bayden artıq prezident statusunda Ukraynanın çoxəsrlik dövlətçiliyini, müstəqilliyini süquta uğratmağa başlayır, onu savaşa sövq edərək məğlubiyyətə uğradır, milyonlarla ukraynalını vətənindən didərgin salır…

Amma bu dəfə yalnız Ukraynaya vurulan zərər artmamışdı, yüksələn həm də Baydenlər ailəsinin qanunsuz gəlirləri idi…

Ata və oğul Baydenlər daha on milyonlar yox, on milyardlar qazanırdı və ən azı hələ 2025-ci ilin yanvarınadək qazanacaq da…

Çindən Baydenlərə göndərilən 5 milyonluq rüşvət

Əslində, Baydenin milyardlar qazanan oğlu elə də xüsusi ağıla, hazırlığa malik deyil. O, narkoman olduğunu aşkar etiraf edir, küçələrdə gecələdiyini gizlətmir. Məsələn, narkotikin təsiri altında olan Hanter xarab olmuş kompüterini Delaver ştatında kompüter təmiri sexinə verir. Burada isə onun növbəti cinayətləri barədə faktlar aşkar olur. ABŞ mediasına ötürülən məlumatlardan məlum olur ki, oğul Baydenin Çin şirkətlərindən milyonlarla dollar aldığını göstərən real bank sənədləri var.

Bank qeydlərində Çin dövlət şirkəti “CEFC China Energy”dən Hanter Baydenin “Hudson West” şirkətinə və “Owasco” hüquq firmasına 14 ayda 4,8 milyon dollar köçürülməsi əks olunmuşdu.

ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komerin araşdırması nəticəsində isə məlum olub ki, 2019-cu ildə Hanter Bayden çinli investor Li Xiang Shengdən atası Co Baydenlə ünsiyyət qurması üçün 250 min dollar alıb.

Prezidentin narkoman oğlunu 25 ilə qədər həbs cəzası gözləyir

Baydenin oğlunun noutbukunda aşkar edilmiş elektron məktublar başqa cinayətləri də üzə çıxarıb. Atasının siyasi nüfuzundan xarici biznes sövdələşmələrində gen-bol istifadə edən Hanterin noutbukundakı 103 min mətn mesajı, 154 min elektron məktub, 2 mindən çox fotoşəkil əsasında o, narkotik vasitələrin qanunsuz dövriyyəsi və fahişəliyə cəlbetmə ilə məşğul olmaqda da şübhəli bilinib.

Prezident Co Baydenin oğlu Hanter odlu silah alarkən özü haqqında yalan ifadə verməyə görə hazırda üç maddə ilə əlavə ittiham olunur. Bu, Amerika tarixində vəzifədə olan prezidentin övladının cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı ilk dəfə baş verir.

Son ittihamların hər üçü H.Baydenin narkotik aludəçisi olduğu zaman odlu silah alarkən federal sənədlərdə yalan yazmasından irəli gəlir. O qeyd edib ki, qanunsuz narkotiklərdən istifadə etmir və ondan asılı deyil, baxmayaraq ki, faktiki olaraq həmin vaxt aktiv şəkildə kokaindən istifadə edirdi. Məhkəmə sənədlərinə görə, Hanter 2018-ci ilin oktyabrında Delaverdəki silah mağazasından Kolt tapançası alıb. ABŞ federal qanunları narkotikdən istifadə edərkən odlu silah saxlamağı cinayət hesab edir. Ədliyyə Nazirliyinin bəyanatında deyilir ki, təqsirli bilinərsə, H.Baydeni 25 ilə qədər həbs cəzası gözləyir.

Hanterin noutbukunda tapılan və Donald Trampın şəxsi vəkili Rudi Culianinin ictimailəşdirdiyi yazışmalar, fotoşəkillər oğul Baydenin narkotik alveri və fahişəliklə bağlı cinayət fəaliyyətlərində iştirakını təsdiqləyir. Bir çox media orqanı Hanterin qrup sekslə məşğul olması və narkotikdən istifadəsini göstərən fotoşəkillər yayımladı.

Elektron məktublardan üzə çıxan bir fakt da ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden qızının təhsili üçün ayrılan 20 min dolları alkoqol, narkotik və fahişələrə xərcləməsini etiraf etməsi olub. Bayden və onun şəxsi bankirləri arasında yazışmalardan aydın olur ki, 2018-ci ilin dekabrında o, narkotik və fahişələrlə bir ay ərzində əylənmək üçün qızı Meysinin kollec əmanətindən 20 min dollar götürüb. O zaman Hanterin şəxsi hesabında cəmi 44 sentin qaldığı bildirilirdi.

Media ABŞ Maliyyə Nazirliyinin sənədlərinə istinadən xəbər vermişdi ki, bank müstəntiqləri Hanter Baydeni “Şərqi Avropada seks alveri şəbəkəsi” ilə bağlı və fahişələrə ödənişlər üçün çekləri saxtalaşdırmaqda şübhəli bilirlər.

Xatırladaq ki, Co Baydenin oğlunun qalmaqallı həyatından bəhs edən “Oğlum Hanter” filmi artıq yayımlanıb. Filmin süjeti Hanterin həyatından, atası ilə münasibətindən, korrupsiyalaşmış biznesindən və pozğun həyat tərzindən ibarətdir. “Daily Mail” oxucularına filmi belə təqdim etmişdi: “Xəbərdarlıq! Bu filmdə fahişəlik, narkotik, çirkli pulların yuyulması və qohumbazlıq var”.

Qızından ata Baydenə təcavüz ittihamı

Bayden ailəsinin bir rəzaləti də böyük oğul Bo Baydenin xərçəng xəstəliyindən vəfatından sonra Hanterin qardaşının dul arvadı ilə intim münasibətlər saxlaması barədə faktların üzə çıxması oldu. Bu əlaqə ailə tərəfindən heç təkzib də olunmadı…

Təkzib olunmayan digər faktlar da var ki, bunlar elə ata Baydenin özü ilə bağlıdır…

Hələ 1993-cü ildə senator Co Baydenə qarşı keçmiş işçisi Tara Ridin tərəfindən zorlanma ilə bağlı ittiham irəli sürüldü. Bayden özünə bəraət məqsədilə bildirdi ki, huşsuzluqdan - demensiya xəstəliyindən əziyyət çəkir və hadisəni xatırlamır. ABŞ Senatının kabinetində baş verən cinsi təcavüz beləcə ört-basdır edildi.

Amma Baydenlərin ən böyük rəzaləti elə ailədaxili təcavüzlə bağlıdır…

Baydenin qızı Eşli də narkomandır və bu asılılıqdan müalicə üçün mütəmadi olaraq klinikalarda reabilitasiya keçir. 41 yaşlı Eşli öz gündəliyini “Palm Beach”dəki narkoklinikadakı palatasında döşəyin altında unudur, bundan xəbərdar olan 39 yaşlı Aime Harris adlı birisi isə onu taparaq, mediaya 40 min dollara satır.

“Fox News” telekanalı gündəlikdəki etirafları geniş müzakirəyə çıxarır. ABŞ Prezidenti Co Baydenin qızı Eşli gündəliyində bildirir ki, uşaq ikən "atamla birgə duş qəbul edirdik, bu, yəqin ki, düz hərəkət deyildi”. “Fox News” iyrənc faktları təhlil edərək Amerika liderini pozğunluqda günahlandırıb və polisin müdaxiləsini tələb edib: “Öz qızı ilə “uyğun olmayan” duş qəbul etmək? Əgər bu, pedofiliya cəhdi deyilsə, bu, şübhəsiz ki, polisin gəlişi üçün bir səbəbdir”.

Gündəliyində prezidentin qızı deyir ki, narkotiklər onu iflas həddinə çatdırıb…

Hələ Baydenin özündən geri qalmayan bir qardaşı da var...

Co Bayden oğlunun Çin, Meksika, Ukrayna, Qazaxıstan və digər ölkələrdən olan biznes tərəfdaşları ilə mütəmadi görüşüb, bəzilərini Ağ evə dəvət edib, hətta vitse-prezidentin rəsmi istifadəsində olan təyyarəsini onların ixtiyarına verib.

Baydenin qardaşı Cim də ailənin cinayətkar şəbəkəsinin fəal üzvlərindəndir. O da dünyanı Baydenin qardaşı statusunda dolanır, öz xidmətlərini təklif edir və yüz milyonlarla dollar müqabilində xarici dövlətlərin, şirkətlərin maraqlarını ABŞ-da təmin edir.

ABŞ Prezidenti Co Baydenin ailəsini korrupsiyada günahlandıran israilli professor Qal Luftun başına gələn bir hadisə isə bu ailənin mafiya qanunları ilə idarə olunduğunu göstərir.

Belə ki, Q.Luft 2023-cü ilin fevralında ABŞ-ın tələbi ilə Kipr polisi tərəfindən saxlanılıb, girov müqabilində sərbəst buraxılıb, lakin sonradan azad edilmə şərtlərini pozaraq yoxa çıxıb. Hazırda onun harada olduğu məlum deyil.

Həbsindən sonra professor dərhal bildirib ki, Baydenin oğlunun və qardaşının Çinin biznes dairələri ilə korrupsiya əlaqələri haqqında əlində olan məlumata görə ABŞ tərəfindən siyasi təqiblərin qurbanı olub. Amerikanın “New York Post” qəzeti professorun növbəti ittihamlarla 14 dəqiqəlik videosunu dərc edib. Luftun sözlərinə görə, 2019-cu ildə o, FTB və Ədliyyə Nazirliyinin müstəntiqlərinə sübut təqdim edib. Görüş Brüsseldə gizli baş tutub.

Luft bu materiallarla Amerika Konqresinin aşağı palatasının komissiyasında çıxış etməli idi, lakin Kiprdə həbs olunduğu üçün macal tapmayıb. Komissiya əmin edib ki, professor axtarışda olmasına baxmayaraq, potensial şahid statusunda qalır.

Ailəsinin cinayətlərinə görə Baydenə qarşı Konqres impiçmentə başlayır

Yenə də vurğulayırıq ki, bütün bu faktlar rəsmi xarakterlidir, hüquqi əsaslıdır, bir hissəsi isə sabiq prezident D.Trampın etirafları və ABŞ mediasının gündəmə gətirdiyi mətləblərdir. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Consonun iki gün öncəki bəyanatı ilə hesab edirik ki, mövzu həm də məntiqi sonluğuna çatdı.

“Prezident Co Baydenin impiçmenti sadəcə zərurətdir. Bu ehtiyac prezidentin və onun administrasiyasının Bayden ailə üzvləri ilə bağlı istintaqa mane olması ilə bağlıdır”, - deyən spiker əlavə edib ki, Baydenin impiçment məsələsinə Konqresdə yaxın həftələrdə baxıla bilər.

Conson qeyd edib ki, Konqresin bir neçə komitəsi Bayden ailəsinin qanunsuz hərəkətlərinə dair sübutlar tapmaq üçün işləyir. Eyni zamanda, o, Bayden administrasiyasının “minlərlə səhifəlik sübutu” gizlətməyə çalışdığını söyləyib.

Necə deyərlər, əlavə şərhə lüzum yoxdur...

İnsana rənginə görə fərq qoyulan ölkə "demokratiya beşiyi" ola bilməz

Dövlət aparatı və rəhbərləri korrupsiyalaşmış bir dövlət hələ utanmadan özünü “demokratiyanın beşiyi” adlandırır. Amma insana dərisinin rənginə görə fərq qoyulan ölkədə hansı demokratiyadan söhbət gedə bilər? Bu mənada ABŞ-da insan haqlarının kütləvi şəkildə pozulduğu barədə kifayət qədər fakt ortaya qoymaq mümkündür. Məsələn, “Uoll striti işğal et!”, Ferqyusonvə Baltimor hadisələri və digər faktlar təsdiq edir ki, ABŞ-da insanlara etiraz səslərini ucaltmağa imkan verilmir.

Bu ölkənin "demokratiyası" təsdiq edir ki, jurnalistlər, bloqçular, vəkillər, hüquq müdafiəçiləri belə istənilən formada təzyiqlə üzləşə bilərlər. Məsələn, jurnalist və ictimai fəal Deniel Makqouen “Huffington Post”da Təcridxanalar üzrə Federal Büronu tənqid etdiyinə görə həbs olunmuşdu. “Wikileaks” saytının yaradıcısı Culian Assancın, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin başlarına açılan oyunlar Ağ evin öz opponentlərinə qarşı necə qəddar davranış nümayiş etdirdiyinin əyani sübutlarıdır. Üstəlik, rəsmi Vaşinqton əlində olan bütün vasitələrlə Assancı və Snoudeni müdafiə edən medianı, hüquq müdafiə təşkilatlarını susdurur.

Bunlar göstərir ki, Ağ evin öz tənqidçilərini susdurmağa yönəlmiş sevimli alətlərindən biri də həbsdir. Baxmayaraq ki, Amerika prezidentləri öz çıxışlarında az qala hüquq müdafiəçilərini belə geridə qoyurlar. Elə keçmiş prezident D.Trampa qarşı olan təzyiqlər də Amerikada siyasi plüralizmin olmamasından, demokratların öz siyasi opponentlərinə qarşı qanunsuz əməllərindən xəbər verir.

ABŞ-ın qanlı və faciəli demokratiyası

Məhz belə bir ölkə riyakarcasına söz azadlığı, insan hüquqları kimi dəyərləri bütün dünyada yaymağı əsas vəzifələrindən biri kimi elan edib. Amma ABŞ-ın öz ərazisindəki “demokratiya” nə qədər demokratiyadan uzaqdırsa, onun postsovet məkanını, Şərq coğrafiyasını “azadlıq” nağılı ilə nəzarətə götürməyə çalışması və Avrasiya bölgəsinə bəxş etdiyi “demokratiya” bir o qədər qanlı və faciəlidir. Ağ evin özünü necə adlandırmasından asılı olmayaraq müasir reallıq, ən əsası isə “azadlıq ixracı” pərdəsi altında dünyaya gətirdiyi savaş ABŞ-ın xalqların suverenlik və seçim hüququna qənim kəsildiyini göstərir.

Son onilliklərdə dünyanın müxtəlif yerlərində baş verən inqilablar və hakimiyyət çevrilişləri də ABŞ-ın layihələridir. Həmin ölkələrdə Sorosun, USAID-in planları ilə hakimiyyət çevrilişləri həyata keçirilir, vətəndaş qarşıdurması stimullaşdırılır, bütün bunlar nəticə vermədikdə isə birbaşa hərbi təcavüz edilir.

Məlum olduğu kimi, bir müddət əvvəl Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ölkədə vətəndaş iğtişaşları və zorakılıqla hakimiyyət dəyişikliyinin planlaşdırıldığı barədə açıqlama yayılıb. Məlumatlardan aydın olur ki, qonşu ölkədə hakimiyyətin devrilməsinə yönəlmiş cəhdlərin təşkilatçısı USAID-dir. Adında inkişaf olsa da, USAID-in fəaliyyət göstərdiyi bütün ölkələrdə pozuculuq fəaliyyəti ilə məşğul olduğu dəfələrlə öz təsdiqini tapıb. Keçmiş sovet ittifaqının bir çox ölkələrində bu təşkilatın adı hər zaman siyasi proseslərə açıq müdaxilədə, hakimiyyət çevrilişlərinə cəhdlərdə və bütün bunlar üçün gənclərin radikal şəkildə yönləndirilməsi və s. hallanıb.

ABŞ-ın “demokratikləşmə”, “terrorçuluqla mübarizə” adı altında əslində ekspansiya və müasir müstəmləkəçilik siyasəti yürütdüyünü isə sübuta yetirməyə və hansısa xüsusi araşdırmalara lüzum yoxdur. Suriyada, Liviyada, Əfqanıstanda, İraqda partlayan hər bir bomba, qətlə yetirilən hər bir insan məhz ABŞ “demokratiyası”nın nəticəsidir. Əbu-Qreyb, Quantanamo həbsxanaları tarixdə ABŞ demokratiyasının “rəmzləri” kimi qalacaqlar. İnsanlara məhz müsəlman olduqlarına görə Hitler Almaniyasında olduğu kimi ən qəddar metodlarla işgəncə verilib. Öz imperialist siyasəti ilə həm də ABŞ dünya siyasətində quldurluq, reket ənənəsini yaradan və yaşadan dövlətdir.

İsraillə-Fələstin, Ukrayna ilə Rusiya arasında insan faciəsi, yaşayış məntəqələrinin yer üzündən silinməsi ilə müşayiət edilən müharibələrin planları birbaşa Pentaqonda, Mərkəzi Kəşfiyyat İdarəsində hazırlanıb, Ağ evdə təsdiq olunub. Xüsusilə qeyd etmək lazımdır ki, ABŞ-ın Rusiyanı zəiflətmək məqsədilə Ukraynada müharibəni qızışdırması Vaşinqtonun nə qədər riyakar olduğunu göstərir. Bu müharibədə Ukrayna dağılıb, əhalisi 20 milyona enib, amma özünü dünyada sülhpərvər dövlət kimi göstərməyə çalışan ABŞ bir dəfə də olsun bu müharibənin dayandırılmasına çağırış etməyib, əksinə, təhrikedici mövqedə dayanıb. Son aylarda isə ABŞ dünya ictimai rəyini Ukraynanın bölünməsinə hazırlamaqla məşğuldur. Vaxtilə Vyetnamda, Koreyada, Latın Amerikasında və Əfqanıstanda "onların xalqlarının azadlığına dəstək", "demokratiyaya dəstək", "terrorçuluqla mübarizə" kimi şüarlarla başlatdığı hərbi kampaniyalarından sonra həmin ölkələri taleyin ümidinə buraxan ABŞ Ukrayna-Rusiya müharibəsində məqsədlərinin reallaşmadığını görüncə mövqeyini 180 dərəcə dəyişib. Bu gün Bayden administrasiyası müxtəlif hərbi-siyasi səviyyələrdə verilən açıqlamalarla tədricən qlobal ictimai rəyi Ukraynanın məğlubiyyətinin qaçılmazlığına hazırlayır.

Saxta informasiyalar yaymaqda ABŞ mediası liderdir

Qayıdaq “Vaşinqton Post”un məqaləsinə. Əvvəlcə bir məqamı xatırladaq ki, ABŞ mətbuatının qərəzli və böhtançı tribunaya çevrildiyini bu ölkənin sadə vətəndaşından tutmuş prezidentinə qədər hər kəs etiraf edir. Hətta sabiq Prezident Donald Tramp etiraf edir ki, dünyada saxta informasiyalar yaymaqda ABŞ mediası liderdir. D.Tramp ölkə vətəndaşlarına və dünya əhalisinə dönə-dönə müraciət edərək onları ABŞ mediasına inanmamağa çağırıb.

“Vaşinqton Post”da dərc olunan məlum məqalənin ABŞ Dövlət Departamentinin hansısa kabinetində yuxarıdan alınan tapşırıqla hazırlanması da Trampın dediklərini təsdiq edir. “Vaşinqton Post” özü isə azad media mənsubu deyil, sifarişlə müxtəlif ölkələrə, xalqlara, ictimai-siyasi xadimlərə, iş adamlarına çirkab atan, divar kağızı ənənəsini yaşadan təxribat mexanizmidir.

Soros ənənəsini yaşadan və dağıdıcı siyasətin ruporu olan bu qəzet, guya, Azərbaycanda demokratiya və insan hüquqlarının, söz azadlığının təəssübünü çəkir. Əslində isə Bayden hakimiyyəti “Vaşinqton Post”un dili ilə Qarabağı azad edən Prezident İlham Əliyevin müstəqil siyasətini həzm edə bilmədiyini göstərir və ona görə dövlətimizin başçısına qarşı belə çirkin kampaniya, materiallar təşkil edir. Bu, təkcə Prezident İlham Əliyevə qarşı deyil, ümumilikdə Azərbaycan xalqına və dövlətinə qarşı hörmətsizlik və təhqirdir.

Bununla yanaşı, Ağ evdəkilər ABŞ-ın Azərbaycanda qurduğu, maliyyələşdirdiyi, dövlətimizə və xalqımıza qarşı istifadə etdiyi antiazərbaycançı şəbəkənin, onun bariz nümunəsi olan "Abzas Media"nın ifşa olunmasından və əl-qolunun bağlanmasından narahatdırlar. Amma aydındır ki, bu məqalənin sifarişçilərinin məqsədi orada toxunulan məqamlar deyil. Onların məqsədi qalib Azərbaycanın uğurlarına kölgə salmaq, ölkəmizin nüfuzunu sarsıtmaqdır.

İnsan hüquqlarının və demokratiyanın ən çox pozulduğu ölkənin mediasına xatırlatma: şüşəli evdə yaşayan başqasına daş atmaz. ABŞ demokratiyasının qara üzü barədə kifayət qədər danışmaq olar.

ABŞ ədalət tələbini niyə cinayət sayır?

Beynəlxalq sosioloji sorğu mərkəzləri son onilliklərdə 200-ə yaxın ölkədə respondentlər arasında ənənəvi rəy öyrənir: "Hansı dövləti özünüzə düşmən sayırsınız?" Uzun illərdir əsas cavab dəyişməz qalır: ABŞ!

150-dən artıq ölkənin vətəndaşları birinci sırada, 30-a qədər dövlətdəki respondentlər isə ikinci sırada göstərir ABŞ-ı…

Bütün dünya ABŞ-ı özünə düşmən hesab edir…

ABŞ vətəndaşları da öz administrasiyasını özünə ən böyük düşmən sayır…

ABŞ dünyada savaşların, tənəzzülün, böhranın - bütün şeytan əməllərinin qara rəmzi kimi tanınır…

ABŞ şərin simvoluna çevrilib…

Ötən əsrin "dünya jandarması" bu əsrin "dünya eskortu"dur…

Və Ağ ev unutmamalıdır ki, bu gün dünyada demokratiyaya ən çox ehtiyacı olan məhz onun özüdür - Amerika Birləşmiş Ştatlarıdır...

Ağ evin zülmət administrasiyasının - bir ovuc korrupsionerin, cinayətkarın, təcavüzçünün, narkomanın məkrli eksperiment hədəfi olan dünya artıq ABŞ-dan ədalət, ədalət, ədalət tələb edir!

Ədalət tələb etmək ABŞ-ın despotik və korrupsioner administrasiyasında qıcıq yaratsa da, bu, əsla cinayət deyil!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda yeni körpələr evi - uşaq bağçası inşa edib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib VİDEO

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib