Ağcabədidə şəhid Məhəmməd Məmmədovun ailəsi ziyarət edilib
Bakı, 11 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov şəhid Məhəmməd Məmmədovun Ağcabədidə yaşayan ailə üzvlərini ziyarət edib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Agentlik sədri şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailənin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirib.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi məqsədilə həyata keçirilən tədbirlərin son illərdə daha da gücləndirildiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, şəhid Məhəmməd Abbas oğlu Məmmədov 2020-ci ilin sentyabrında Vətənin müdafiəsinə qoşulub. Oktyabrın 23-də Qubadlı uğrunda gedən döyüşlər zamanı şəhid olub. “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.