Ağdaş rayon sakininin həyətyanı sahəsindən çətənə kolları, evindən isə marixuana götürülüb
Bakı, 14 sentyabr, AZƏRTAC
Kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Eymur kənd sakini C.Rəhimovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş iki çətənə kolu, evindən isə 130 qrama yaxın marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam edir.