Ağstafa rayonunda qanunsuz ov edən şəxslər məsuliyyətə cəlb olunub
Bakı, 18 fevral, AZƏRTAC
Ağstafa rayonu ərazisində qanunsuz ov edən Zəlimxan kənd sakini Tağı Kazımov və rayon sakini İsmandiyar Məmmədov Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsində onlardan “Dragon” və “İJ” markalı 12 kalibrli ov tüfəngləri və ovlanmış dovşan aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]