Ağsuda alman faşizmi üzərində Qələbənin 66-cı ildönümü qeyd edilmişdir
Ağsu,9 may (AZƏRTAC). Ağsu şəhərindəki “Qəhrəmanlar parkı”nda Böyük Vətən müharibəsində Qələbənin 66-cı ildönümü münasibətilə mərasim keçirilmişdir.
Böyük Vətən müharibəsi veteranlarının, rayon rəhbərlərinin, ictimaiyyətin çoxsaylı nümayəndələrinin qatıldıqları tədbiri Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açaraq veteranları tarixi Qələbənin ildönümü münasibətilə təbrik etmişdir. O qanlı-qadalı illərdə Azərbaycanda, o cümlədən Ağsuda yaşanan çətinliklərdən danışan icra hakimiyyətinin başçısı demişdir ki, rayondan cəbhəyə 3221 döyüşçü yola salınmış, onlardan yalnız 1564-ü geri qayıtmışdır.
Mərasimdə ümummilli liderimiz Heydər Əliyevin, ulu öndərin layiqli dasvamçısı Prezident İlham Əliyevin müharibə veteranlarına daim diqqət və qayğı göstərdikləri, onların həyat şəraitinin yaxşılaşdırılması, sağlamlıqları üçün ardıcıl tədbirlər gördükləri minnətdarlıq hissi ilə qeyd edilmişdir.
Sonra veteranlar və digər tədbir iştirakçıları abidənin önündən keçərək buraya çiçəklər qoymuşlar.
Tədbir “Şəlalə” şadlıq sarayında veteranlar üçün təşkil edilmiş bayram süfrəsi arxasında davam etdirilmişdir. Rayon icra hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi veteranlarına maddi yardım verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]