Ağsuda yarım ildə 146 daimi iş yeri açılıb
Ağsu, 16 iyul, AZƏRTAC
Əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən dövlət siyasəti Ağsu rayonunda da öz uğurlu nəticəsini verir. Təsadüfi deyildir ki, koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq edilən karantin rejimi şəraitində ötən yarımillikdə bölgədə 146 yeni iş yeri açılıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin 6 ayında yeni açılan iş yerlərinin hamısı daimidir. Təzə iş yerlərinin 31-i yeni acılan müəssisə və təşkilatlarda, 115-i isə fiziki şəxslərdədir.
Qeyd edək ki, aqrar bölgə olan Ağsu rayonunda baramaçılıq, pambıqçılıq və heyvandarlıq sahələrində minlərlə sakin müvəqqəti işlə təmin olunub.