Aİ səfirləri Rusiya enerji resurslarından imtina layihəsi ilə bağlı razılığa gəliblər
Bakı, 8 oktyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri 2028-ci ilə qədər Rusiyadan enerji resurslarının idxalından imtinanı nəzərdə tutan qanun layihəsini təsdiqləyiblər. İndi sənədin Aİ-nin xarici işlər nazirləri tərəfindən razılaşdırılması gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
“Məlumata görə, çərşənbə günü keçirilən qapalı iclasda Aİ ölkələrinin səfirləri təklif olunan qanun layihəsini oktyabrın 20-də keçiriləcək görüşdə təsdiq edilməsi üçün nazirlərə təqdim etməyə razılaşıblar”, – deyə xəbərdə bildirilir.
Xatırladaq ki, sentyabrın 23-də ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı Avropa İttifaqı ölkələrinin liderləri ilə Rusiya enerji daşıyıcılarının idxalının azaldılması məsələsini müzakirə edəcəyini bəyan edib. Amerikanın dövlət başçısının sözlərinə görə, Aİ ölkələri “Rusiya ilə mübarizə aparmağa çalışırlar”, lakin eyni zamanda onun enerji resurslarını almaqda davam edirlər. Tramp bu vəziyyəti “utancverici qərar” adlandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [11:31]
Alimlər xəbərdarlıq edirlər: Dünyanı ekstremal hava hadisələri gözləyir
- 12.06.2026 [11:29]
ABŞ NATO-ya təqdim etdiyi qırıcıların sayını azaltmağı planlaşdırır
- 12.06.2026 [11:28]
Yaponiyada ölümcül gənə virusunu bir neçə saata aşkar edən test hazırlanır
- 12.06.2026 [11:18]
Yeni Zelandiyaya gələn beynəlxalq turistlərin sayı 8 faiz artıb
- 12.06.2026 [10:47]
BMT Baş katibi xəbərdarlıq edib: Nifrət ritorikası sürətlə yayılır
- 12.06.2026 [10:22]
Soçi hava limanında 57 reys təxirə salınıb
Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb
- 11.06.2026 [23:01]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [22:51]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [22:23]
“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib
- 11.06.2026 [22:14]