“Air India”nın pilotları peyvənd olunanadək çalışmaqdan imtina ediblər
Bakı, 4 may, AZƏRTAC
Hindistanın “Air India” aviakompaniyasının pilotları COVID-19 əleyhinə təcili sürətdə peyvənd olunana qədər reyslərə çıxmaqdan imtina ediblər.
AZƏRTAC bu barədə “Times of India” nəşrinə istinadla xəbər verir.
“Heyətə tibbi dəstək olmadan, sığortasız və əməkhaqqının xeyli azalması fonunda peyvənd olunmadan pilotlarımızın həyatını təhlükəyə atacaq vəziyyətdə deyilik”, - deyə pilotların həmkarlar ittifaqının “Air India” aviakompaniyasına ünvanladığı məktubda bildirilir.
Qeyd edək ki, son həftələr Hindistanda epidemioloji vəziyyət kəskin dərəcədə pisləşib. Tibb müəssisələri böyük xəstə axınının öhdəsindən gələ bilmir. Krematoriyaların yüklənməsi səbəbindən pasiyentlərin cəsədləri tonqallarda yandırılır.
Hindistanın Baş naziri Narendra Modinin rəhbərlik etdiyi hökumət ölkə iqtisadiyyatına mənfi təsirindən ehtiyatlanaraq ölkədə məhdudiyyətlər rejimi tətbiq etmək istəmir.
Worldometer saytının məlumatına əsasən, pandemiyanın əvvəlindən bəri Hindistanda koronavirusa yoluxanların sayı 20 milyon 282 mini, ölənlərin sayı isə 222 min nəfəri keçib. Mayın 3-də ölkədə COVID-19 infeksiyasına 355 mindən çox yeni yoluxma halı müşahidə edilib ki, bu da həmin gün bütün dünyada qeydə alınan sutkalıq yoluxmanın yarıdan çoxu deməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]
Yaponiyada zəlzələ olub
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]