Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik Ağamusa Axundov respublikada elm və təhsilin inkişafına sanballı töhfələr verib

Akademik Ağamusa Axundov respublikada elm və təhsilin inkişafına sanballı töhfələr verib

Fevralın 2-si görkəmli dilçi alimin doğum günüdür

Bakı, 2 fevral, AZƏRTAC

Akademik Ağamusa Axundov uzun illər zəngin elmi və pedaqoji fəaliyyəti ilə respublikada elmin və təhsilin inkişafına sanballı töhfələr verib. Dünya dilçilik və ədəbiyyatşünaslıq fikrinə dərindən bələd olan, geniş erudisiyaya malik nüfuzlu alimin Azərbaycan filologiyası sahəsində tədqiqatların bir çox istiqamətlərinin müəyyənləşdirilməsi və elmin müasir tələbləri səviyyəsinə yüksəldilməsində müstəsna xidmətləri olub. Dilə xalqın özünüdərkinin atributu kimi yanaşan alim dövlət müstəqilliyinin bərpasından sonra yeni şəraitdə ölkədəki milli dil quruculuğu proseslərinin fəal iştirakçısı idi.

AZƏRTAC görkəmli dilçi alimin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Ağamusa Axundov 1932-ci il fevral ayının 2-də Kürdəmir şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1950-1955-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində ali təhsil alıb, 1955-1958-ci illərdə isə universitetin aspiranturasında oxuyub. Əmək fəaliyyətinə 1958-ci ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində başlayan Ağamusa Axundov 1990-cı ilədək burada müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub. Universitetdə çalışmaqla yanaşı o, 1959-1965-ci illərdə Azərbaycan Dillər İnstitutunda (indiki Azərbaycan Dillər Universiteti) ikinci ali təhsil alıb.

Ağamusa Axundov 1990-cı ildən 2011-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru və eyni zamanda, 2001-2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi işləyib. O, 2011-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri olub.

O, 1958-ci ildə filologiya elmləri üzrə namizədlik, 1964-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1967-ci ildə professor elmi adını alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib.

Azərbaycan dilinin fonemlər sisteminə dair ilk mükəmməl əsərin müəllifi Ağamusa Axundov elm aləmində dilçiliyin bütün sahələri üzrə fundamental araşdırmaları ilə tanınırdı. Onun qrammatika, nəzəri dilçilik, tarixi fonetika, etimologiya, dil tarixi, dialektologiya, üslubiyyat və nitq mədəniyyəti ilə bağlı ən müxtəlif aktual problemlərin yüksək nəzəri-metodoloji şərhini və dolğun həllini tapmış əsərləri elmi ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanıb. Türk dillərinin səs quruluşu və təbiətindən irəli gələn bəzi səciyyəvi qanunauyğunluqların üzə çıxarılması Ağamusa Axundovun əsas elmi nailiyyətləri sırasındadır. Onun iyirmi ildən artıq baş redaktor olduğu dövrdə beynəlxalq “Türkologiya” jurnalı öz nüfuzunu daha da artırıb.

Ağamusa Axundovun ədəbiyyatşünaslıq sahəsində çoxsaylı tədqiqatları müasir ədəbi prosesin nəzəri məsələləri baxımından aktuallığı ilə səciyyələnir.

Öz elmi yaradıcılığını səmərəli pedaqoji fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmaqla Ağamusa Axundov uzun bir dövr ərzində Bakı Dövlət Universitetində yüksəkixtisaslı kadrların hazırlanması üçün bilik və bacarığını əsirgəmədən böyük qüvvə sərf edib. Alimin yetirmələri bu gün ölkənin elmi-mədəni həyatında uğurla çalışırlar.

Ağamusa Axundovun çoxillik axtarışlarının nəticələri ölkədə və onun hüdudlarından kənarda 500-dən çox elmi əsərdə, 30-dan artıq kitabda, monoqrafiya və dərsliklərdə əksini tapıb. Alimin rəhbərliyi ilə 40-dək fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb. İştirakçısı olduğu mötəbər beynəlxalq simpozium, konfrans və forumlarda konseptual xarakterli çıxışları ilə Ağamusa Axundov Azərbaycan elminə şöhrət qazandırıb. O, 1965-1966-cı illərdə Misirə ezam edilərək Qahirənin Eyn-Şəms Universitetində Azərbaycan dili və ədəbiyyatından mühazirələr oxuyub.

Akademik Ağamusa Axundovun Azərbaycan dilçiliyi sahəsində mühüm xidmətləri və səmərəli elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilıb. O, 1986-cı ildə “Azərbaycan dilinin fonetikası” əsərinə görə Dövlət mükafatına layiq görülüb, 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Görkəmli elm xadimi, mahir pedaqoq, bacarıqlı elm təşkilatçısı və səmimi insan Ağamusa Ağası oğlu Axundov 2015-ci il sentyabrın 5-də ömrünün 84-cü ilində vəfat edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tələbələrə vahid tələbə kartı veriləcək

Gürcüstan ilin ilk beş ayında Azərbaycandan 48 min ton avtomobil yanacağı idxal edib

Asim Xudiyev Konfrans Liqasının oyununa təyinat alıb

Növbəti köç karvanı Laçına çatıb

İyulda havanın temperaturunun bəzi yerlərdə iqlim normasından yüksək olacağı gözlənilir

Elşad İskəndərov: Mina qurbanlarının hüquqlarının bərpası üçün əməli addımlar atmağın zamanı çatıb

Çin elektriklə uçan təyyarəni sınaqdan keçirib

® ABB-dən “Bolt” sürücülərinə özəl “Visa” kartı!

Türkiyə FATF-ın “boz siyahı”sından çıxarılıb

Milli Məclisə növbədənkənar seçkilərin vaxtı açıqlandı - SƏRƏNCAM

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şəhid Əhliman Əsgərovun nəşinin qalıqları Şəmkirdə torpağa tapşırılıb

Avstriya tamaşaçılarının rəğbətini qazanan gənc pianoçu Ayan Məmmədlinin növbəti uğuru

Baş prokuror Lerikdə vətəndaşları qəbul edəcək

Xəzərin Azərbaycana mənsub sularında qaçaqmal aşkarlanaraq götürülüb

Azərbaycan millisinin baş məşqçisi klubundan ayrılıb

Sudanın 14 bölgəsi aclıq təhlükəsi ilə üzləşib

Buraxılış imtahanlarında ən yüksək nəticə əldə edən şagird yeni tədris ilində ADA Məktəbində təhsil alacaq

Yan Vanmin: Azərbaycan Çinin önəmli tərəfdaşıdır VİDEO

Özbəkistan quş əti ixracına məhdudiyyətləri ləğv edir

Türkiyənin may ayı üçün ticarət rəqəmləri açıqlanıb

Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib

Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları dəqiqləşib

Panama kanalında suyun səviyyəsi azalır

Tullantıların idarə olunması ilə bağlı informasiya sistemi yaradılır

Bakıda “Azərbaycanda yaşayan tatların etnokonfessional tarixi” mövzusunda tədbir təşkil olunub

"Asiya uşaqları" Oyunları: Azərbaycan taekvondoçuları daha 2 medal qazanıblar

İsrail aviasiyasının hücumu nəticəsində “Hizbullah”ın 4 döyüşçüsü öldürülüb

Britaniya alimləri: ChatGPT botunun imtahan nəticələri tələbələrdən daha yüksəkdir

Polisin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlərlə daha 25 əcnəbi saxlanılıb VİDEO

İsmayıllı-Lahıc avtomobil yolu qaya parçaları və daşlardan təmizlənir

Parlament və Atatürk prospektlərində avtobusların hərəkəti məhdudlaşdırılır

Laçında yeni film çəkiləcək

Güclü külək Naxçıvanda elektrik infrastrukturuna ciddi ziyan vurub

Elmar Qasımov IELTS-də yüksək nəticə əldə edən tələbələrlə görüşüb

Azərbaycanın və Ukraynanın media qurumları arasında əməkdaşlığın prioritetləri müzakirə olunub

Azərbaycan ekologiyası haqqında biblioqrafik göstərici nəşr edilib

Azərbaycan güləşçilərinin Olimpiada hazırlığı: Hədəf yüksək nəticələr qazanmaqdır

Komitə sədrinin müavini: Azərbaycan və qırğız xalqları tarix, dil, mədəni dəyərlər baxımından bir-birinə sıx bağlıdır

Azərbaycan Ordusunun yaranma tarixi və Zəfər salnaməsi

UNEC Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Pedaqoji Universitetdə kadr potensialı gəncləşdirilir - statistika

Sənaye mülkiyyəti obyektlərinin patentləşdirilməsi - vebinar

Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib

Həkim-pediatr: Qumla oynamaq uşaq sağlamlığına olduqca müsbət təsir göstərir

Narkotiklərin ziyanı ilə bağlı 2,1 milyondan artıq abunəçiyə SMS göndərilib

Everest dağında qar və buzların əriməsi nəticəsində qorxunc mənzərə üzə çıxıb

Gələn il Bakıda investisiya forumu keçiriləcək

KIV: Polşa ordusu icazəli silahı olan vətəndaşları əməkdaşlığa cəlb edir

Böyük Qayıdışa həsr edilən nəşrlərin təqdimatı olub

Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər

Paytaxtın Bakıxanov qəsəbəsində yanğın təhlükəsi olan hamam və kafenin fəaliyyəti dayandırılıb

Külli miqdarda narkotik vasitənin Xəzər dənizi vasitəsilə ölkəmizə keçirilməsinin qarşısı alınıb

Sahibə Qafarova: Milli Məclisin növbədənkənar sessiyasında 31 qanun və qərar qəbul edilib

Çinin Ayın görünməyən tərəfindən gətirdiyi süxur nümunəsinin çəkisi iki kiloqrama yaxındır

Samoanın səfiri: İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə göstərilən diqqət təqdirəlayiqdir

Xarici media: BCM İsrail rəsmilərinin həbsi ilə bağlı orderlərin verilməsini təxirə salıb

Viktor Orban Ursula Fon der Lyayenin əleyhinə səs verib

TƏBİB-də “Açıq qapı” günü keçirilib

32 ildir itkin düşmüş sayılan şəhid Elman Cavadovun nəşinin qalıqları Sumqayıtda torpağa tapşırılıb

Şəhid ailələrinin mənzil təminatı ilə bağlı Qanuna dəyişiklik edilir

Monqolustanda parlament seçkiləri keçirilir

Çin lideri Qlobal Cənub Tədqiqatlar Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb

Huqo Qevara: İngilis dilinin tədrisi üzrə sertifikat proqramından 350-dən çox müəllim yararlanıb

Qohum nikahlar və erkən evliliklərlə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər təsdiqlənib

Fermer Qadınların Respublika Platforması yaradılacaq

“Laçın Könüllüləri” qrupuna qeydiyyat başlayıb

Milli Depozit Mərkəzi Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulub

İnzibati Xətalar Məcəlləsinə hansı dəyişikliklər edilib?

Torpaq Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqlənib

TƏBİB-in “815” saylı Çağrı mərkəzinə bir gündə 700-800 müraciət daxil olur

“Neftçi” daha bir futbolçu ilə vidalaşıb

Lənkəranda texniki təhlükəsizlik mövzusunda müşavirə keçirilib

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Azərbaycan ilə Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılacaq

Şuşada gənclərin turizm peşə hazırlığı mərkəzi açılacaq

"İpək Yolları Gənclərin Gözü ilə" adlı fotomüsabiqəyə qeydiyyat davam edir

Yan Vanmin: Çin-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələri zənginləşərək strateji səviyyəyə yüksəlib

“Xeyir xəbər” tamaşasının premyerası keçirilib

“Baku ID” innovasiya festivalının ikinci gününə start verilib VİDEO

Süd və süd məhsullarının ölkəyə idxalı qaydaları ilə bağlı videoçarx hazırlanıb

“Sumqayıt” klubu sabiq futbolçusunu geri qaytarıb

Fukuşima AES-in suyunun okeana axıdılmasının 7-ci mərhələsi başlayıb

FAO-nun layihə eksperti: Qlobal qida sistemi ümumi istixana qazları emissiyalarının 21-37 faizinə cavabdehdir

Xızıda təsərrüfatların 98 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılacaq

Slovakiyada avtobus qəzası nəticəsində yeddi nəfər həlak olub

NBA tarixində ilk: Ata və oğul eyni komandada oynayacaq

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisini qəbul edib YENİLƏNİB VİDEO

“Qarabağ” akademiyasının koordinatoru: Azərbaycanda Avropa səviyyəsinə qalxa biləcək futbolçular var - MÜSAHİBƏ

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Nəzrin Rəsulzadə

Göyçay çayına gələn sel Cəyirli kəndində əkin sahələrini yarasız hala salıb VİDEO

Gənclər Kitabxanasında şair Çingiz Əlioğlunun 80 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Nazir müavini: Könüllülük fəaliyyətləri ölkəmizdə gedən proseslərin güzgüsüdür

FHN: Ötən sutka ərzində 34 halda yanğına çıxış olub

Azərbaycan Yaponiya ilə icbari tibbi sığorta sahəsində təcrübə mübadiləsi edib

Peru sahillərində 7,2 bal gücündə zəlzələ baş verib

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üzrə müsahibənin nəticələri açıqlanıb

Həkim: Çimərlik üçün ən optimal vaxt saat 8:00-11:00 arası və axşam saat 17:00-dan sonradır

DİM: 2500-dən çox namizəd dövlət qulluğu vəzifələri üzrə test imtahanı verəcək