Azərbaycan Dövlət İnformasiya Agentliyi

AKADEMİK ƏHMƏD MAHMUDOVUN “AZƏRBAYCAN İQTİSADİYYATININ AKTUAL PROBLEMLƏRİ” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, mayın 26-da Azərbaycan Dövlət İqtisad Universitetində görkəmli iqtisadçı alim, akademik Əhməd Mahmudovun “Azərbaycan iqtisadiyyatının aktual problemləri” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək, ulu öndərin İqtisad Universitetindəki büstünün önünə gül dəstələri düzmüşlər. Daha sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov və qonaqlar universitetdə yaradılmış Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.

Universitetin rektoru, Milli Məclisin elm və təhsil daimi komissiyasının sədri, professor Şəmsəddin Hacıyev diqqətə çatdırmışdır ki, bu günlərdə anadan olmasının 85 illiyi qeyd olunan akademik Əhməd Mahmudov görkəmli alim, istedadlı təşkilatçı, təvazökar, qayğıkeş və müdrik insan idi. Rektor akademikin nəsillərə örnək olan xeyirxah əməllərindən danışmışdır.

Bildirilmişdir ki, yubiley ərəfəsində Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadənin rəhbərliyi altında akademik Əhməd Mahmudovun respublika iqtisadiyyatının aktual problemlərinə həsr olunmuş bir sıra əsərləri toplanaraq nəfis tərtibatla kitab şəklində çap olunmuşdur.

Hər bir insanın öz əməlləri ilə tanındığını vurğulayan rektor, vaxtilə bu universitetdə təhsil almış Əhməd Mahmudov kimi məzunlar ilə fəxr etdiklərini bildirmiş, qeyd etmişdir ki, görkəmli akademik Vətəninə, xalqına, doğulub boya-başa çatdığı torpağa bağlılığı ilə hər bir iqtisadçının qəlbində abidə ucaltmışdır. Akademikin yalnız özünün deyil, övladlarının da bu universitetdə təhsil aldıqlarını diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, alim tərəfindən aparılmış elmi araşdırmaların nəticəsi olaraq müxtəlif illərdə nəşr edilmiş bu məqalələrin toplandığı kitab bu gün də baş verən iqtisadi proseslərlə həmahəngdir.

Mərasimdə respublikanın tanınmış alimləri və ictimai-siyasi xadimləri - akademik Asəf Nadirov, Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, iqtisadçı alim, professor Sadıq Salahov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov, Prezident yanında Sahibkarlar Şurasının sədr müavini Qüdrət Kərimov, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı akademik Əhməd Mahmudovun böyük elmi və ictimai fəaliyyətindən danışmış, yüksək insani keyfiyyətləri ilə bağlı xatirələrini söyləmişlər.

Diqqətə çatdırılmışdır ki, ölkəmizdə iqtisad elminin inkişafında müstəsna xidmətləri olan Əhməd Mahmudovun zəngin elmi və təşkilatçılıq fəaliyyəti bütünlüklə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat Bölməsi və 1958-ci ildən bu bölmənin əsasında yaranan İqtisadiyyat İnstitutu ilə bağlı olmuşdur.

Akademik Əhməd Mahmudov 1958-1964-cü illərdə İqtisadiyyat İnstitutu direktorunun elmi işlər üzrə müavini, 1964-cü ildən ömrünün sonunadək bu elm mərkəzinin direktoru olmuşdur. Ə.Mahmudov 1956-cı ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1972-ci ildə AMEA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Alimin AMEA-nın İqtisadiyyat İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində də əvəzsiz xidmətləri olduğu qeyd edilmişdir. Vurğulanmışdır ki, akademik Ə.Mahmudov 200-dən artıq elmi əsərin, monoqrafiya və dərsliyin, elmi məqalələrin və metodik vəsaitlərin müəllifi olmuş, təqdim edilən kitabda bu materialların yalnız bir qismi toplanmışdır.

Əhməd Mahmudovun elmi əsərlərinin əhəmiyyətini vurğulayan akademik Ziyad Səmədzadə, Azərbaycan iqtisadi fikrinin qədim tarixə malik olduğunu qeyd etmiş, bu sahədə çalışmış mütəfəkkirlərin elmi irsinin təbliğinin mühüm əhəmiyyətə malik olduğunu bildirmişdir. “Elmi irsimizi qoruyaq” rubrikasında dərc olunmuş kitabı elm aləmi üçün şərəfli hadisə adlandıran Z.Səmədzadə bu əsər üzərində bir il yarım müddətdə iş aparıldığını, yalnız kompyuter vərəqlərinin sayının 12 mini ötdüyünü diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, alimin tədqiq etdiyi məsələlərin elmi aktuallığı nəzərə alınmış, 8 bölmədən ibarət kitabda materiallar qruplaşdırılarkən Azərbaycan iqtisadiyyatının yeni tendensiyaları əsas götürülmüşdür.

Qeyd olunmuşdur ki, Əhməd Mahmudov, sözün əsl mənasında, Azərbaycan torpağının imkanları haqqında geniş informasiyaya, ətraflı biliyə malik idi. Ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində respublikaya rəhbərlik etdiyi dövrdə ölkə iqtisadiyyatının yenidən qurulması, kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsi məhz bu cür elmi yanaşmanın əsasında mümkün ola bilərdi. Ə.Mahmudov tədqiqatlarında elmi və əməli surətdə sübut edirdi ki, kənd təsərrüfatının strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazanın yenidən qurulması üçün sərf edilən maddi-maliyyə resursları yüksək səmərə ilə nəticələnəcəkdir. Təsadüfi deyildir ki, uzun müddət Əhməd Mahmudov kənd təsərrüfatının intensivləşdirilməsi problemləri, eyni torpaq sahəsinə əlavə vəsaitlər qoyuluşu və əmək sərfi nəticəsində ikinci diferensial rentanın yaranması sahəsində geniş tədqiqat işləri aparan görkəmli sovet alimlərindən biri hesab olunmuşdur. Alimin tədqiqatlarının bu gün də aktuallığını saxladığı, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən Dövlət proqramlarının reallaşması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.

Akademik Əhməd Mahmudovun oğlu, milli təhlükəsizlik naziri Eldar Mahmudov mərasimdə çıxış edərək kitabın ərsəyə gəlməsində zəhməti olanlara ailələri adından təşəkkür etmiş, atası haqqında söylənən xoş fikirlərə görə minnətdarlığını bildirmişdir.

“Azərbaycanın görkəmli elm xadimləri” seriyasından çap edilmiş kitabı əlamətdar hadisə adlandıran E.Mahmudov qeyd etmişdir ki, xalqımızın görkəmli elm xadimləri və şəxsiyyətləri haqqında belə kitablar daha çox və müxtəlif dillərdə nəşr olunmalı, geniş yayılaraq Azərbaycan elminin potensialını bütün dünyada tanıtmalıdır. Bunun üçün bu gün Azərbaycan hər cür şəraitə malikdir. O, vurğulamışdır ki, bu istiqamətdə inkişaf xəttinin əsasını ulu öndərimiz Heydər Əliyev qoymuş və Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Atasının “Hər şey torpaqdan başlanır” fikrini xatırladan nazir qeyd etmişdir ki, bu gün geniş dünyagörüşlü, xalqa və dövlətə sadiq vətənpərvərlər yetişdirmək vacib vəzifələrdəndir.

Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsi, milli maraqların qorunması, hər cür təhdidlərin qarşısının alınması məqsədilə son illər Milli Təhlükəsizlik Nazirliyində aparılmış struktur dəyişiklikləri, maddi-texniki bazanın gücləndirilməsi, fəaliyyətin məqsədyönlü və səmərəli təşkili, onun konkret nəticələri üzrə görülmüş işlər barədə də mərasim iştirakçılarına ətraflı məlumat verilmişdir.

Sonda Eldar Mahmudov atasının xatirəsinə göstərilən ehtirama görə bir daha minnətdarlığını bildirmişdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib

İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb

Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyxdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq

Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”

“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi işğaldan azad edilmiş ərazilərin inkişafına mühüm töhfə verəcək – RƏY

Böyük Britaniyanın müdafiə naziri istefa verib

Məqsəd 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır

BŞTİ məktəb direktorları və bağça müdirləri üçün təlim təşkil edib

Su infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir

Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir

Coğrafiyaşünas-alim: El Nino hava fenomeni Xəzər dənizinin səviyyəsinə təsirsiz ötüşməyəcək

Fridrix Merts: Almaniya Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində iştiraka hazırdır

AHİK: Yollayışların verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

Haiti Futbol Federasiyası FIFA-nın tələbi ilə oyun formalarını dəyişdirməyə razı olub

Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib

Sadiq Qurbanov: Azərbaycan kənd təsərrüfatına yararlı torpaq fonduna görə bir çox Avropa ölkəsini üstələyir

Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub

Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Fermerlərə əlavə subsidiyaların verilməsi nəzərdə tutulur

Paytaxtda fəaliyyət göstərən təhsil mərkəzlərinin rəhbərləri AzTU-da olublar

Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər

Jerald Darmanənin təqdim etdiyi cinayət ədaləti islahatı ilə bağlı qanun layihəsi rədd edilib

İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir