Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik: Ulu Öndər Heydər Əliyev Azərbaycan təbiətinin böyük hamisi idi

Akademik: Ulu Öndər Heydər Əliyev Azərbaycan təbiətinin böyük hamisi idi

Bakı, 19 iyun, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə, ilk növbədə, elmi ictimaiyyətlə məsləhətləşmələr aparıb, böyük təbiətşünas alim, akademik Həsən Əliyevin “Həyəcan təbili” əsərində qaldırdığı problemləri ciddi təhlil edib, bu problemllərin həllinə, o cümlədən bütün ölkə üzrə ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə, təbii ehtiyatlardan səmərəli istifadə məsələlərinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına böyük diqqət yetirib. Azərbaycanın təbii sərvətlərinin tədqiqini və mühafizəsini, elmi nailiyyətlərin əldə olunması və onların insanın həyat keyfiyyətinin yüksəldilməsinə tətbiqinə nail olunmasını özünün dövlətçilik fəaliyyəti üçün başlıca məqsədlər kimi müəyyənləşdirib.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova söyləyib. Akademik bildirib ki, Ulu Öndərin milli köklərə bağlılığı, fitri istedadı, məqsədyönlü və yorulmaz fəaliyyəti, elmi biliklərə söykənən misilsiz təşəbbüskarlığı və güclü təşkilatçılığı respublikada 1970-80-ci illərdə bütün digər sahələrdə olduğu kimi, Azərbaycan təbiətinin qorunması, biomüxtəlifliyin mühafizəsi və bərpasında qazanılmış müvəffəqiyyətlərin rəhni olmuşdur. Məhz 1970-ci illərin əvvəllərindən başlayaraq Ümummilli Liderin məqsədyönlü siyasəti və planlı fəaliyyəti sayəsində təbiətin Azərbaycana verdiyi imkanlardan və potensialdan daha geniş və səmərəli istifadə edilməyə başlanılıb, ölkənin bioloji ehtiyatlarının qorunub saxlanması, ölkədə nəsli kəsilmək təhlükəsi altında olan bir sıra bitki və heyvan növlərinin bərpası, təbiətə qaytarılması, areallarının genişləndirilməsi üçün geniş həcmdə işlər aparılıb, yeni-yeni yaşıl massivlərin, meşə zolaqlarının salınması kütləvi xarakter alıb, prosesə geniş şəkildə dövlət resursları və əhali kütləsi cəlb olunub.

Əlamətdardır ki, 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edərkən Heydər Əliyev tərəfindən ekologiya, ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadəyə dair çox mühum 8 qanun, Azərbaycan KP MK-nın, Nazirlər Sovetinin 32 qərarı qəbul olunub. O illərdə Ulu Öndərin qətiyyəti və uzaqgörənliyi sayəsində yaradılmış dövlət təbiət qoruqlarını, yasaqlıqları, o cümlədən 1969-cu ildə, xüsusən ceyranların artırılması üçün təşkil edilmiş və Heydər Əliyevin 2003-cü il 5 iyul tarixli Sərəncamı ilə milli parka çevrilmiş Şirvan qoruğunu, 1978-ci ildə Ağ göl, 1981-ci ildə İsmayıllı qoruqlarının yaradılmasını, 1974-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 4 iyul tarixli qərarı ilə Bəsitçay çinar meşəsinin qoruq elan olunmasını qeyd etmək lazımdır. 1970-ci ildə Bakı şəhərində adambaşına 6,5 kvadratmetr yaşıl sahə düşürdüsə, 1971-ci il sentyabrın 7-də Bakı şəhərinin yaşıllaşdırılması haqqında verilmiş mühüm qərar sayəsində 1975-ci ildə bu göstərici 17,5 kvadratmetrə çatmışdı. 1969-1982-ci illər ərzində dövlət meşə fondu torpaqlarında 51 min hektar sahədə yeni meşəliklər salınmışdı. Azərbaycan təbiətinin və bioloji müxtəlifliyin mühafizəsi üzrə məqsədlərə nail olmaq üçün inkişafına ehtiyac duyulan elm sahələri sırasında ekologiya, botanika və zoologiya elmlərini qeyd etmək lazımdır. 1970-ci illərdə elmə ayrılan resursların artırılması, yeni imkanların yaradılması, kadrların düzgün yerləşdirilməsi sayəsində Azərbaycan SSR Elmlər Akademiyasının Botanika, Zoologiya, Torpaqşünaslıq və Aqrokimya institutlarında və s. elmi müəssisələrdə bütün keçmiş ittifaq üçün əhəmiyyətli sayılan nailiyyətlər qazanılıb. 1969-1982-ci illərdə Ceyranbatan gölünün su təchizatı yaxşılaşdırılıb, yeni su kəmərləri çəkilib. Arpaçay su anbarı, Vayxır su anbarı, Şamxor su anbarı və s. su obyektləri tikilib. Baş Mil-Muğan kollektoru yenidən qurulub, Kür-Araz düzənliyində 280 min hektar sahədə torpaqlar yuyulub. 270 min hektar yeni suvarılan sahələrin istifadəyə verilməsi hesabına ümumi suvarılan sahələr 1,450 milyon hektara çatdırlıb. 550 min hektar sahədə kompleks meliorasiya sistemləri yaradılıb. 400 min hektar sahədə otaqlara su çıxarılıb. Bütün bu tədbirlər əhalinin ərzaq və təsərrüfat ehtiyaclarını ödəməklə, təbiətdən səmərəsiz istifadəni məhdudlaşdırmağa kömək edib.

Təbiətə qarşı hər hansı dağıdıcı və ya etinasız hərəkət Ulu Öndəri dərindən narahat edir, əsəbiləşdirirdi. Burada onun öz sözlərini xatırlamaq yerinə düşərdi: “Mən 1993-cü ildə Bakıya gələrkən, bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən, elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir.... İnsan qurmalıdır, yaratmalıdır... hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...” Bu sözlər görkəmli dövlət xadiminin təkcə vətənimizin deyil yer üzərində canlı həyatın gələcəyini düşündüyünün bariz göstəricisidir.

İ.Hüseynova qeyd edib ki, Azərbaycan müstəqillik qazanandan sonra da ətraf mühitin və ekologiyanın mühafizəsi sahəsində dövlət siyasətinin əsası məhz Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə formalaşmağa başlayıb. 1993-cü ilin ikinci yarısından Bakı və Abşeronun yaşıllaşdırılmasına, pozulmuş ekoloji tarazlığın bərpasına, təbiətə vurulmuş yaraların sağalmasına daha böyük əzmkarlıqla başlanılıb, bu sahədə həyata keçirdiyi tədbirlər sırasında 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Azərbaycan Respublikası ətraf mühit və biomüxtəlifliklə bağlı çoxsaylı beynəlxalq konvensiyalara qoşulub: UNESCO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyası (1993), Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya (1998), Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında Avropa Konvensiyası (Bern Konvensiyası 1999), BMT-nin Bioloji müxtəliflik haqqında Konvensiyası (2000), Bioloji müxtəliflik haqqında Konvensiya üzrə Biotəhlükəsizliyə dair Kartagena Protokolu (2005), UNESCO-nun Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında Konvensiyası (Ramsar Konvensiyası 2000), Avropa Landşaft Konvensiyası (2011).

Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdə ölkədə müvafiq tədqiqat və təhsil müəssisələrinə, nəbatat bağlarına göstərilən yüksək diqqət və qayğı, biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi sahəsində çoxsaylı beynəlxalq konvensiyaların imzalanması və ratifikasiyası, beynəlxalq öhdəlikləri də nəzərə almaqla ölkə qanunvericiliyinin təkmilləşdirilməsi, akademik Cəlal Əliyevin rəhbərliyi ilə ölkədə ilk Milli Bitki Genbankının, digər toxum banklarının və Biomüxtəliflik üzrə Dövlət Komissiyasının yaradılması, Genetik Ehtiyatlar üzrə Milli Proqramın qəbulu və həyata keçirilməsi, Biomüxtəliflik üzrə milli strategiyaların (2006-cı ildən başlayaraq) qəbulu, yeni tədqiqat institutlarının inkişafı və yenilərinin təşəkkülü, botanika bağları şəbəkəsinin genişləndirilməsi və s. Ulu Öndərin Azərbaycan təbiətinə məqsədyönlü hamiliyinin bariz nümunələridir.

Ümummilli Liderin bütün sahələrdə, o cümlədən ekologiya sahəsində siyasətinin layiqli davamçısı, Azərbaycanın təbətinə, bioloji müxtəlifliyinə daim xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyev Ulu Öndərin uzaqgörənliklə verdiyi tövsiyələrini də bütün digər vəsiyyətləri kimi ardıcıl şəkildə həyata keçirir. Bu gün dövlət başçımızın rəhbərliyi ilə Azərbaycanda ətraf mühitin, biomüxtəlifliyin qorunub saxlanmasında əldə edilmiş nailiyyətlərdə milli məfkurəyə bağlı elmi əsaslı idarəetmənin və ölkənin elmi potensialının rolu əhəmiyyətli dərəcədə yüksəkdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ümumi sahəsi 893 min hektara çatdırılan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı ekosistemlərin, nadir fauna və flora növlərinin mühafizəsində əhəmiyyətli rol oynayır. Biomüxtəlifliyin, nadir və təhlükədə olan növlərin mühafizəsi və bərpası Azərbaycanda dövlətin ekoloji siyasətinin mühüm istiqamətlərindəndir.

AMEA-nın vitse-prezidenti diqqətə çatdırıb ki, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən respublikamızda nadir və həssas növlərin bərpası məqsədilə əhəmiyyətli layihələr həyata keçirilir, ceyran, bəbir, bizon, bezoar keçisi, muflon və maralların tarixi yaşayış məskənlərində bərpa edilməsinə nail olunur. Bütün bu proseslərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu və xidmətləri də xüsusi qeyd edilməlidir. 30 ilə yaxın ekoloji terrora məruz qalmış və Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Milli Silahlı Qüvvələrimizin, şəhid və qazilərimizin səyi ilə azad edilmiş Vətən torpaqlarının, qoruq və yasaqlıqların, təbii sərvətlərimizin bərpası dövrümüzün ən böyük çağırışıdır. Nadir və nəsli kəsilməkdə olan flora və fauna növləri, habelə onların mühafizəsi və bərpası üçün zəruri tədbirlər haqqında illüstrasiyalı elmi tədqiqat məlumatlarını özündə əks etdirməklə mühüm istiqamətverici sənəd olan Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın bu günlərdə nəfis tərtibatda çapdan çıxmış III nəşri Ulu Öndərin 100 illik yubileyinə həsr edilib. Azərbaycanın flora və faunasının zəngin genefondunun mühafizəsi üçün ölkənin “Qırmızı kitabı”nın təsis edilməsi haqqında ilk hökumət qərarının qəbul olunmasının da məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrə - 1977-ci ilə təsadüf etməsi də mühüm əhəmiyyət kəsb edir. III nəşr üzərində böyük bir yaradıcı kollektiv çalışıb, kitab onlarla alim və mütəxəssisin gərgin əməyi sayəsində ərsəyə gətirilib. Bu qiymətli elmi əsər “Heydər Əliyev İli”nə, Ulu Öndərin 100 illik yubileyinə həsr edilib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA və Elm və Təhsil Nazirliyinin tabeliyində olan müvafiq institutların, ilk növbədə, Botanika və Zoologiya institutlarının, nəşrin bütün yaradıcı kollektivinin şanlı yubileyə dəyərli töhfəsidir.

“Bu gün Azərbaycanın elmi ictimaiyyəti ətraf mühitin qorunması, ekoloji və bioloji təhlükəsizliyin təmin edilməsi də daxil olmaqla bütün istiqamətlərdə Ümummilli Liderin əsasını qoyduğu və ölkə Prezidentinin uğurla davam və inkişaf etdirdiyi siyasi kursu tam dəstəkləyir. İnanıram ki, Azərbaycan xalqı dövlət başçısının ətrafında daha sıx birləşərək, qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən ən qısa zamanda uğurla gələ biləcək”,- deyə İradə Hüseynova bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə yalnız öz şərtləri əsasında danışıqlar aparacaq

ABŞ qüvvələri Qrenlandiyanın hava məkanına və ərazi sularına sərbəst giriş əldə edəcək

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub

Almaniyada ABŞ-yə məxsus F-16 qırıcısı qəzaya uğrayıb

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib

Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Sinqapur arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Azərbaycan və Kolumbiya arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Azərbaycan və İran XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

Tramp: ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır

Şəki və Qaxda antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

Tramp Marko Rubionu rəsmi olaraq milli təhlükəsizlik müşaviri vəzifəsinə təsdiqləyib

Naxçıvanda avtomobil piyadaları vurub

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Avropada qazın qiyməti 3 həftənin minimumuna enib

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələri: ideya və inancların simvolu

“Sumqayıt” basketbolçusu ilə yeni müqavilə imzalayıb