Akademik Valeri Lunin: Artıq ikinci ildir keçirilən bu Forumun dünyada analoqu yoxdur
Bakı, 4 oktyabr (AZƏRTAC). Artıq ikinci ildir keçirilən bu Forumun dünyada analoqu yoxdur. Bu, böyük hadisədir.
Bu sözləri II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Rusiya Elmlər Akademiyasının akademiki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin dekanı Valeri Lunin AZƏRTAC-a müsahibəsində demişdir.
Akademik bildirmişdir ki, Azərbaycanın müxtəlif ölkələrdən, müxtəlif konfessiyalardan olan insanları birləşdirmək səyi böyük əhəmiyyətə malikdir. Alim demişdir: “Bu gün burada dünyanın bir çox ölkələrindən çoxlu sayda Nobel mükafatı laureatları, keçmiş dövlət başçıları, alimlər iştirak edirlər. Bu, təkcə Azərbaycanın deyil, bütün bəşər sivilizasiyasının tarixinə həmişəlik daxil olacaqdır. Mən bu Forumun keçirilməsini çox yüksək qiymətləndirirəm. Mən Azərbaycana, analoqu olmayan bu nadir tədbiri təşkil edən Prezident İlham Əliyevə minnətdaram.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:45]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [12:22]
Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
- 10.10.2026 [11:18]
Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib
- 10.10.2026 [01:21]