“Akkord” Gürcüstanda xeyriyyə aksiyası keçirmişdir
Bakı, 8 may (AZƏRTAC). “Akkord İnşaat-Sənaye” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Gürcüstanda fəaliyyət göstərən “Akkord Georgia” törəmə şirkəti yol tikintisi ilə məşğul olduğu Şido-Kartli qubernatorluğunda Gürcüstan Yol Departamenti ilə birgə xeyriyyə aksiyası keçirmişdir.
ASC-dən AZƏRTAC-a bildirmişlər ki, aksiya çərçivəsində “Akkord Georgia” şirkətinin hesabına alınmış 2 min 400 ağac tingi Sveneti-Ruisi layihəsinin (Tbilisi- Batumi avtomagistralı hissəsi) 3-660 kilometrliyində Qori istiqamətində yol kənarına əkilmişdir. Şirkətin nümayəndələri ilə yanaşı, rəsmi şəxslərin və yol departamenti nümayəndələrinin, Şida-Kartli qubernatorluğunun qubernatoru Zurab Arsoşvilinin, şəhər sakinlərinin iştirak etdikləri aksiya yerli mətbuatın diqqət mərkəzində olmuşdur.
Qeyd edək ki, 2009-cu ildən etibarən Gürcüstanda fəaliyyət göstərən “Akkord Georgia” bu ölkədə yerli və beynəlxalq əhəmiyyətli layihələrin yüksək keyfiyyətli icraçısı olmaqla yanaşı, həm də genişmiqyaslı xeyriyyə və sponsorluq layihələri ilə də tanınır. Şirkətin Gürcüstandakı fəaliyyəti nəticəsində ASC-nin 3 məsul şəxsi ölkə prezidenti tərəfindən Gürçüstanın “Şöhrət” ordeni ilə təltif edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:27]
Neftin qiymətinin 200 dollara çatması mümkündür
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]
® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
- 09.09.2026 [15:49]