AKTA və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov və UNEC-in rektoru professor Ədalət Muradov imzalayıblar.
Müxbir - Pərvanə Qafarova, Göyçək Mahmudlu
Fotoqraf - İlkin Cavanşirov
Videooperator - Vüsal Tağıyev