Kim Çen In: Şimali Koreya nüvə materialı istehsal gücünü ikiqat artırıb
Pekin, 4 iyun, AZƏRTAC
Şimali Koreya lideri Kim Çen In yeni fəaliyyətə başlayan nüvə materialları istehsalı müəssisəsini yoxlayarkən ölkəsinin silah sinfi nüvə materialları istehsal gücünü son 5 ildə iki dəfədən çox artdığını bildirib.
AZƏRTAC xəbər verir ki, müəssisəyə səfər zamanı KXDR lideri Kim Çen In ölkənin nüvə qüvvələrinin eksponensial sürətlə gücləndirilməsinə çağırıb.
Koreya Mərkəzi Xəbər Agentliyi tərəfindən yayımlanan fotoşəkildə uranı zənginləşdirmək üçün istifadə edilən bir çox sentrifuqa ilə təchiz olunmuş yeni zavod göstərilib. Zavodun harada yerləşdiyi məlum deyil.
Kim Çen In bildirib ki, ölkənin vəzifəsi nüvə qüdrətini daha gücləndirmək, müharibədən çəkindirməkdə və müharibə strategiyasında əsas rol oynamaq, eləcə də nüvə silahı dövləti mövqeyini hərtərəfli şəkildə həyata keçirməkdir.
Cənubi Koreyanın Yonhap agentliyi hazırda Şimali Koreyanın Yonqbyon, Kanqson və Kusonq şəhərlərində uranın zənginləşdirilməsi obyektlərinin olduğunu yazır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:04]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]
Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb
- 04.06.2026 [16:39]