Azərbaycan Dövlət İnformasiya Agentliyi

® İkram Səfərəliyev: “PAŞA Bank”ın səhmdarı olmaq artıq hər kəs üçün mümkündür

®  İkram Səfərəliyev: “PAŞA Bank”ın səhmdarı olmaq artıq hər kəs üçün mümkündür

Bu gün insanlar yalnız maliyyə xidmətlərindən istifadə etmir, iqtisadi dəyərin formalaşmasında iştirakçıya çevrilirlər

Azərbaycanda kapital bazarlarının inkişafı yeni mərhələyə qədəm qoyur. Ölkənin aparıcı maliyyə institutlarından biri olan “PAŞA Bank”ın səhmlərinin kütləvi şəkildə investorlara təklif edilməsi bu istiqamətdə atılan mühüm addımlardan hesab olunur. Bu prosesin investorlara yaratdığı imkanlar, kapital bazarlarının perspektivləri və səhmdar mədəniyyətinin formalaşması barədə “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin direktoru İkram Səfərəliyev danışıb.

- “PAŞA Bank”ın səhmlərinin kütləvi satışa çıxmasını siz necə qiymətləndirirsiniz?

- Bu prosesi yalnız səhm satışı və ya IPO kimi qiymətləndirmək düzgün olmazdı. Məncə, burada söhbət maliyyə bazarlarının və iqtisadi münasibətlərin inkişafının yeni mərhələsindən gedir. Uzun illər insanlar bank xidmətlərindən istifadə edib, lakin bu gün artıq həmin sistemin inkişafında iştirak etmək imkanı əldə edirlər. Səhmdar olmaq təkcə səhm almaq deyil, şirkətin uzunmüddətli inkişafına ortaq olmaq deməkdir.

“PAŞA Bank” kimi böyük və dayanıqlı maliyyə institutunun səhmlərinin geniş investor kütləsinə təqdim olunması insanlara bankın gələcək inkişafından və yaratdığı dəyərdən faydalanmaq imkanı yaradır. Eyni zamanda, bu addım ölkənin kapital bazarlarının dərinləşməsi, investisiya mədəniyyətinin formalaşması və maliyyə bazarlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

- İlk dəfə səhmdar olan insanın maliyyəyə baxışı necə dəyişir?

- Ən böyük dəyişiklik insanın düşüncə tərzində baş verir. O, artıq yalnız əmək fəaliyyəti hesabına gəlir əldə etməyi deyil, eyni zamanda, kapitalının da onun üçün işləməsini düşünməyə başlayır. Səhmdar olduqdan sonra insanlar şirkətlərin fəaliyyətinə, iqtisadi proseslərə və maliyyə bazarlarına daha böyük maraq göstərirlər. Çünki artıq bu proseslər onların şəxsi maliyyə nəticələrinə birbaşa təsir edir. İlk dividend gəliri və ya investisiyadan əldə olunan ilk qazanc isə çox vaxt mühüm dönüş nöqtəsinə çevrilir. İnsan anlayır ki, düzgün qərarlar verildikdə kapital da əlavə dəyər yarada və gəlir gətirə bilər. Səhmdar olmaq insanı, sadəcə, maliyyə xidmətlərinin istifadəçisindən iqtisadiyyatın iştirakçısına çevirir.

- Dünyada milyonlarla insanın səhmlərə investisiya etməsinin əsas səbəbi nədir?

- İnkişaf etmiş ölkələrdə insanlar uzunmüddətli maliyyə rifahının yalnız əmək gəlirləri hesabına deyil, eyni zamanda, investisiyalar vasitəsilə formalaşdığını yaxşı anlayırlar. Bu yanaşmanın əsasında kapitalın da insan kimi işləməsi prinsipi dayanır. İnsanlar zamanla formalaşdırdıqları vəsaiti düzgün investisiya alətlərinə yönləndirməklə onu əlavə dəyər və uzunmüddətli gəlir mənbəyinə çevirirlər. Məhz buna görə onlar maliyyə bazarlarını yaxından izləyir, iqtisadi prosesləri təhlil edir və yeni investisiya imkanlarını daim qiymətləndirirlər.

Kapital bazarlarının ən mühüm üstünlüklərindən biri isə likvidlikdir. Məsələn, daşınmaz əmlak gəlirli investisiya hesab olunsa da, onun pula çevrilməsi müəyyən vaxt tələb edə bilər. Kapital bazarında isə investor ehtiyac yarandıqda aktivlərini daha operativ şəkildə idarə etmək, bazarda yaranan yeni imkanlardan çevik şəkildə yararlanmaq imkanı əldə edir. Bu xüsusiyyət kapital bazarlarını digər investisiya alətlərindən fərqləndirən əsas amillərdən biridir. Elə buna görə də, dünyada milyonlarla insan yalnız işləməklə kifayətlənmir, eyni zamanda, istifadə etdikləri və etibar göstərdikləri şirkətlərin inkişafına ortaq olmaqla öz kapitallarını artırır və uzunmüddətli sərvət formalaşdırırlar.

- Bank səhmlərini digər investisiya istiqamətlərindən fərqləndirən nədir?

- Bank sektoru maliyyə sisteminin əsas sütunlarından biri olmaqla yanaşı, investorlar üçün ən şəffaf və hesabatlı fəaliyyət istiqamətlərindən hesab olunur. Sektorun güclü tənzimləmə mühiti, yüksək korporativ idarəetmə standartları və müntəzəm açıqlanan maliyyə göstəriciləri investorlara fəaliyyət nəticələrini obyektiv qiymətləndirmək və daha məlumatlı qərarlar qəbul etmək imkanı yaradır.

Hesab edirəm ki, “PAŞA Bank” kimi ölkənin aparıcı maliyyə institutunun səhmlərinin investorlara təqdim olunması kapital bazarlarının inkişafı baxımından əhəmiyyətli hadisədir. Bu, insanlara yalnız maliyyə xidmətlərindən istifadə edən müştəri kimi deyil, həm də həmin dəyəri yaradan ekosistemin bir hissəsi kimi iştirak etmək imkanı verir.

Fikrimcə, burada əsas məsələ yalnız investisiya etmək deyil, insanların ölkənin iqtisadi inkişafında daha aktiv iştirakçıya çevrilməsidir. Kapital bazarları insanlara aparıcı şirkətlərin inkişafına ortaq olmaq, iqtisadi artımın yaratdığı dəyərdə pay sahibi kimi iştirak etmək və uzunmüddətli sərvət formalaşdırmaq imkanı yaradır. Əslində bu, müasir kapital bazarlarının əsas fəlsəfəsi olan investorlarla şirkətlər arasında qarşılıqlı etimad və uzunmüddətli tərəfdaşlıq münasibətlərinin formalaşmasını təşkil edir.

- Azərbaycanda əvvəlki IPO təcrübələri bazara nə göstərdi?

-Son illərdə həyata keçirilən IPO-lar Azərbaycanda kapital bazarlarının inkişafında yeni mərhələnin əsasını qoymaqla yanaşı, investorların bu bazara artan marağını da aydın şəkildə nümayiş etdirib. Bunun ən uğurlu nümunələrindən biri ABB-nin IPO prosesi oldu. Həmin IPO-da 33.710 investor iştirak edib, 49 mindən çox sifariş yerləşdirilib, bankın fiziki şəxs səhmdarlarının sayı isə 1794 nəfərdən 35 mindən çox şəxsə yüksəlib. Fikrimcə, burada ən önəmli göstərici məhz kapital bazarlarına ilk dəfə daxil olan investorların sayı idi. Bu nəticələr göstərdi ki, Azərbaycanda insanlar investisiya imkanlarına maraq göstərir, kapital bazarlarına etibar edir və uzunmüddətli maliyyə alətlərində iştirak etməyə hazırdırlar.

ABB-nin IPO təcrübəsi, eyni zamanda, onu da nümayiş etdirdi ki, bazarda şəffaf, etibarlı və güclü korporativ idarəetməyə malik şirkətlər tərəfindən təqdim olunan investisiya imkanlarına ciddi tələb mövcuddur. Bu, həm yeni investorların bazara cəlb olunması, həm də gələcəkdə digər şirkətlərin kapital bazarları vasitəsilə maliyyələşmə imkanlarını qiymətləndirməsi baxımından mühüm siqnal hesab oluna bilər.

Ətraflı məlumat: ABB IPO nəticələri – Bakı Fond Birjası

- Kapital bazarlarında yeni investorların qərar verməsində likvidlik və çıxış strategiyası vacib rol oynayır. IPO-dan sonrakı mərhələdə investorların rahatlığı üçün hansı mexanizmlər nəzərdə tutulur?

- İlk növbədə qeyd etmək istərdim ki, abunə yazılışı mərhələsi 12 iyun tarixinədək davam edəcək. Bundan sonra səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsi həyata keçiriləcək və investorlar üçün təkrar bazar əməliyyatları əlçatan olacaq. Kapital bazarlarının inkişafı baxımından investorların likvidliyə rahat çıxış imkanının olması mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə marketmeykerlər tərəfindən birjada gündəlik alış və satış qiymətləri təqdim ediləcək ki, bu da investorlara istədikləri zaman bazarda əməliyyat aparmaq və investisiyalarını çevik şəkildə idarə etmək imkanı yaradacaq.

Biz “Capital Partners İnvestisiya Şirkəti” olaraq bu prosesdə marketmeyker qismində iştirak etməyi planlaşdırırıq. Məqsədimiz yalnız investorların bazara çıxışını təmin etmək deyil, eyni zamanda onların investisiya təcrübəsini daha rahat və əlçatan edən mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir. Hesab edirik ki, güclü və dayanıqlı kapital bazarının əsas şərtlərindən biri investor etimadının və bazar likvidliyinin davamlı şəkildə dəstəklənməsidir.

- Sonda IPO-da iştirak etmək istəyən şəxslərə nə demək istərdiniz?

- Dünyanın inkişaf etmiş kapital bazarlarında insanlar istifadə və etibar etdikləri şirkətlərin səhmdarı olmaqla həm öz maliyyə gələcəklərini formalaşdırır, həm də həmin şirkətlərin uzunmüddətli inkişafına töhfə verirlər. Düşünürəm ki, Azərbaycanda da bu yanaşmanın daha geniş yayılması kapital bazarlarının inkişafına və investisiya mədəniyyətinin formalaşmasına mühüm töhfə verəcək.

Bu baxımdan “PAŞA Bank”ın səhmlərinin investorlara təqdim olunması bazarımız üçün əlamətdar hadisədir. Çünki bu IPO-nun ən önəmli tərəfi insanların ölkənin aparıcı maliyyə institutlarından birinin inkişaf hekayəsinə ortaq olmaq imkanı əldə etməsidir.

Səhmləri “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin ofisinə yaxınlaşmaqla və Bakı Fond Birjasının üzvü olan digər investisiya şirkətləri vasitəsilə abunə yazılışı sifarişi verməklə əldə edə bilərsiniz. Həmçinin “Rabitəbank” ASC-nin bütün filiallarından və bütün banklarda pul köçürmələri etmək mümkündür.

Eyni zamanda, investorlar bu proses zamanı şirkətimiz tərəfindən təqdim olunan peşəkar investisiya məsləhəti, portfel idarəçiliyi və vasitəçilik xidmətlərindən, eləcə də mövcud qanunvericiliyin təqdim etdiyi vergi üstünlüklərindən faydalana bilərlər.

Sonda qeyd etmək istərdim ki, əsas məqsəd yalnız vəsaiti saxlamaq deyil, kapitalınızın sizin üçün işləməsini və gəlir gətirməsini təmin etməkdir. Biz hər kəsi iqtisadiyyatın yeni mərhələsinin iştirakçısı olmağa dəvət edirik.

IPO ilə bağlı ətraflı məlumat və müraciət üçün: “PAŞA Bank” IPO platforması

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına