Londonda metro sürücülərinin növbəti tətili nəqliyyatda ciddi problemlərə səbəb olub
London, 4 iyun, AZƏRTAC
Londonun metro şəbəkəsində çalışan sürücülərin növbəti tətili paytaxtda nəqliyyatın işinə ciddi təsir göstərib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, tətil Dəmir Yolu, Dəniz və Nəqliyyat İşçiləri Həmkarlar İttifaqının (RMT) üzvləri tərəfindən təşkil edilib.
Aksiya iş qrafiki ilə bağlı uzun müddətdir davam edən mübahisə fonunda keçirilir. Həftə ərzində ikinci dəfə keçirilən 24 saatlıq tətil səbəbindən bir sıra metro xətlərində gecikmələr və xidmət məhdudiyyətləri müşahidə olunur.
London meri Sadiq Xan tətil başlamazdan əvvəl tərəfləri danışıqlara qayıtmağa çağıraraq aksiyanın ləğv edilməsini istəyib. O bildirib ki, tətil həm işçilərə, həm də şəhər iqtisadiyyatına mənfi təsir göstərir.
RMT həmkarlar ittifaqı bildirir ki, mübahisənin əsas səbəblərindən biri yeni dördgünlük iş həftəsi modelidir. İttifaq üzvlərinin əksəriyyəti bu dəyişikliklərə qarşı çıxır. Sürücüləri təmsil edən digər həmkarlar ittifaqı ASLEF isə yeni iş rejimini qəbul edib. Yeni sistem həftəlik iş saatlarını beş gün əvəzinə dörd gün ərzində tamamlamasını nəzərdə tutur. Həmkarlar ittifaqı hesab edir ki, bu dəyişiklik daha uzun növbələrə və iş şəraitinin pisləşməsinə səbəb ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [20:12]
Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib
- 09.08.2026 [19:50]
İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib
- 09.08.2026 [17:34]
Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb
- 09.08.2026 [15:10]
Qazaxıstanda sərnişin avtobusu yanıb
- 09.08.2026 [13:18]
Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib
- 09.08.2026 [11:01]
Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var
- 09.08.2026 [09:38]
Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib
- 09.08.2026 [07:15]
Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [23:48]
Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək
- 08.08.2026 [23:37]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
- 08.08.2026 [21:54]
MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır
- 08.08.2026 [21:23]
Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır
- 08.08.2026 [21:00]
Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa
- 08.08.2026 [20:31]
Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH
- 08.08.2026 [20:26]
Bu saata olan əsas xəbərlər
- 08.08.2026 [20:00]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [19:17]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
- 08.08.2026 [18:18]
Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb
- 08.08.2026 [16:51]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [16:35]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- 08.08.2026 [16:31]
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
- 08.08.2026 [16:19]
“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda
- 08.08.2026 [16:11]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 08.08.2026 [15:33]
Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH
- 08.08.2026 [15:05]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [13:27]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [12:30]
Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
- 08.08.2026 [11:52]
Naxçıvanda avqust ayının pensiyaları ödənilib
- 08.08.2026 [11:33]
DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub
- 08.08.2026 [11:11]