“Bitcoin”in qiyməti Yaxın Şərqdəki münaqişədən bəri ən aşağı səviyyəyə enib
Bakı, 4 iyun, AZƏRTAC
“Bitcoin”in qiyməti Yaxın Şərqdəki münaqişənin başlanğıcından bəri ən aşağı səviyyəyə enib.
AZƏRTAC xəbər verir ki, hazırda dünyanın əsas kriptovalyutasının qiyməti 63 min dollar civarındadır. Bu, “Bitcoin”in fevralın 6-dan bəri ən aşağı səviyyəsidir. Son həftə ərzində isə kriptovalyuta təxminən 16 faiz dəyər itirib.
Ekspertlərin fikrincə, münaqişə fonunda qlobal bazarlarda risk iştahasının azalması “Bitcoin”in qiymətinə aşağı istiqamətli təzyiq göstərir.
Bundan başqa, amerikalı milyarder Maykl Seylorun “Strategy” şirkətinin təxminən 2,5 milyard dollar dəyərindəki “Bitcoin”in bir hissəsini satmaq qərarı bazarda mənfi qarşılanıb və bu, qiymətə təzyiqi daha da artıb.
Qeyd edək ki, “Strategy” son illərdə “Bitcoin”i satın alaraq kriptovalyuta bazarında ən böyük institusional investorlardan birinə çevrilib.
Xatırladaq ki, “Bitcoin”in qiyməti 2025-ci il ərzində 6 faizdən çox ucuzlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [19:14]
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO
- 04.06.2026 [18:12]