Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük Qayıdış Azərbaycan tarixinin mühüm hadisələrindən biridir TƏHLİL

Böyük Qayıdış Azərbaycan tarixinin mühüm hadisələrindən biridir TƏHLİL

Bakı, 4 iyun, AZƏRTAC

1990-cı illərin əvvəllərində Azərbaycan torpaqları işğal olunanda yüz minlərlə azərbaycanlı öz doğma yurdundan, kəndindən, şəhərindən və evindən didərgin düşdü. Lakin heç kim inamını sona qədər itirmədi: biz qayıdacağıq dedilər. Fiziki və mənəvi qayıdış artıq başlayıb, insanlar doğma torpaqlarına dönürlər. Bu baxımdan Milli Məclisdə müzakirəyə çıxarılan Qanun layihəsi dövlət siyasətinin yeni hüquqi mərhələsini təşkil edir - məcburi köçkünlükdən yeni statusa keçid baş verir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc söyləyib.

Böyük Qayıdış: Dünya tarixində unikal Azərbaycan nümunəsi

O bildirib ki, dünyada qaçqınlıq və məcburi köçkünlük problemi hazırda bəşəriyyətin ən ağır humanitar böhranlarından biridir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına görə, dünyada məcburi köçkün, qaçqın və sığınacaq axtaran insanların sayı 123 milyon nəfər təşkil edir. Tarixdə çox xalqlar öz torpaqlarından didərgin salınıb, lakin geri dönə bilməyiblər. Bir əsrdə dörd dəfə deportasiya və qaçqınlıq yaşayan Azərbaycan xalqı dövlətin gücü, ordumuzun qələbəsi və millətimizin iradəsi hesabına öz yurduna kütləvi şəkildə qayıdır.

Müvəqqəti statusdan daimi mülkiyyət hüququna keçid

“Qanun layihəsinin mahiyyətini düzgün izah etmək Böyük Vətən quruculuğunun yeni ideoloji təməllərini və hədəflərini möhkəm əsaslar üzərində qurmaq deməkdir. Dövlət torpaqlarından və hüquqlarından məhrum edilən vətəndaşlarını doğma yurdlarının və evinin tam hüquqlu sahibinə, mülkiyyətçisinə çevirir. Hər bir azərbaycanlı üçün qürurlu hadisə iki yüz illik qaçqınlıq və köçkünlük dalğasına son qoyulmasıdır. İnsan müvəqqəti statusdan daimi hüquqa, müvəqqəti məskunlaşmadan daimi mülkiyyət hüququna keçir. Dövlət himayəsindən evinin tam hüquqlu sahibi olur.

İndiyə qədər mövcud olan hüquqi çərçivədə məcburi köçkünlər dövlət tərəfindən verilən yaşayış sahələrindən müvəqqəti istifadə edirdilər. Qanunvericilikdə də normalar “müvəqqəti məskunlaşma”, “müvəqqəti fond”, “kirayə müqaviləsi” kimi anlayışlarla ifadə olunurdu. Yeni qanunda isə “İşğaldan Azad Edilən Ərazilərdə Daimi Məskunlaşdırma Fondu” yaradılır. İndiyədk qüvvədə olan redaksiyada köçkünlərin hüquqlarını məhdudlaşdıran norma mövcud idi - onlara verilən mənzillər və evlər xüsusi təyinatlı yaşayış fonduna aid idi və həmin sahələr özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməzdi. Yeni qurumun yaradılmasının məqsədi ondan ibarətdir ki, vətəndaşa verilən yaşayış sahəsi artıq müvəqqəti deyil, daimi hüquqi əsas daşıyır. İnsan öz evinə qayıdır, açarını təntənəli qəbul edir, evinin tam mülkiyyətçisinə çevrilir.

Göründüyü kimi, yeni tarixi qanun üç məsələni həll edir. Birincisi, mülkiyyət hüququ, dövlət yaşayış yeri verməklə kifayətlənmir, vətəndaşın tam hüquqlu mülkiyyətçi kimi statusunu bərpa edir. İkincisi, daimilik prinsipi: Qayıdış müvəqqəti yerləşmə yox, daimi və dayanıqlı məskunlaşmadır. Üçüncüsü, sosial müdafiənin davamlılığı: Sosial müdafiə tədbirləri 3 il müddətində davam etdirilir. Yəni dövlət vətəndaşı yeni mərhələdə də tək qoymur”, - deyə Z.Oruc vurğulayıb.

Böyük Qayıdış: Yeni dövrün milli ideyası

Komitə sədrinin sözlərinə görə, qayıdış yalnız doğma yurdlarına dönən insanlara aid, yaxud müvafiq dövlət komitəsinin işi ilə məhdudlaşmır. Vətən müharibəsi kimi Böyük Qayıdış da bütöv millətimizə məxsus olan mühüm dövlətçilik hadisəsidir. Məcburi köçkün ailə məfhumunu tamhüquqlu vətəndaşlığın əvəzləməsi yeni dövlət və millət quruculuğudur. Prezident İlham Əliyev bəyan etmişdi ki, biz yeni eraya, yeni dövrə və qalib yüz ilə daxil oluruq. Ona görə də Qarabağın birləşdirici milli ideologiya kimi yüz illər oynadığı rolu indi yeni milli ideya əvəzləyir - qayıdış təkcə torpaqlarına fiziki dönüş yox, milli varlığına və tarixinə, ənənələrinə, əcdadlarına, qan yaddaşına dönüşdür. Ona görə az qala hər həftə həyata keçirilən dönüş mərasimləri məhdud və inzibati bir akt kimi yox, təntənəli və bütün hakimiyyət institutlarının, Vətən müharibəsi qəhrəmanlarının və ordu üzvlərinin iştirakı ilə dövlət tədbiri kimi keçirilməsi və rəsmiləşdirilməsi vacibdir.

Vətən quruculuğu: Müstəqillikdən yeni zəfər mərhələsinə

O qeyd edib ki, Böyük Qayıdış Prezident İlham Əliyevin Vətən quruculuğu proqramıdır. İşğaldan azad olunan ərazilərdə aparılan quruculuq birbaşa dövlətimizin başçısının siyasi arxitektorluğudur. Əgər XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti yalnız siyasi xəritəyə daxil olmuşdusa, Ulu Öndər Heydər Əliyev müstəqil dövlətçiliyin əsaslarını yaratdı, 2020-ci ilin Zəfəri və Böyük Qayıdış Azərbaycanın Vətən quruculuğu mərhələsini formalaşdırır.

“Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Azərbaycan qalib xalqın yeni əsrinə daxil olur. Əgər son 30 il torpaqların azadlığı uğrunda mübarizə dövrü idisə, qarşıdakı onilliklər həmin torpaqlarda həyatın, iqtisadiyyatın, mədəniyyətin qurulması dövrü olacaq. Ona görə də hər şəhərin, kəndin, yaşayış məhəlləsinin, məktəbin, xəstəxananın, yolun, körpünün təməlqoyma və açılış mərasimlərində ölkəmizin rəhbərinin iştirakı dövlətin öz xalqına verdiyi mesajdır: biz yurdumuzu birlikdə bərpa edirik. Qayıdış yalnız ev verməklə məhdudlaşmır, dolanışıq imkanlarının yaradılması, əmək ənənələrinin bərpası, iqtisadi və təsərrüfat aktivliyinin yaradılması ilə müəyyənləşir. Bu baxımdan da evlərlə yanaşı, həyətyanı sahələrin, heyvandarlıq və quşçuluq infrastrukturunun, anbarların, təsərrüfat tikililərinin, kənd klublarının da planlaşdırılması vacibdir. Kəndlinin evə dönüşü onun torpağa və əməyə qayıdışıdır. Mümkün olan hallarda yerli sakinlərin tikinti, bərpa və xidmət sahələrinə cəlb olunması həm məşğulluq yaradar, həm də mülkiyyət hissini gücləndirər. İnsan yalnız ev almır, o, öz ocağını qurduğunu hiss etməlidir”, - deyə Z.Oruc əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir