“Azercell”: Süni intellekt kibertəhlükəsizlikdə zərurətə çevrilib
Bakı, 4 iyun, AZƏRTAC
Kibertəhlükəsizlik sahəsində məlumatların həcminin sürətlə artması süni intellekt texnologiyalarının tətbiqini zəruri edir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azercell Telekom” MMC-nin Kibertəhlükəsizlik şöbəsinin rəhbəri Mais Şərifli IV Milli Kibertəhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, şirkətdə hər saniyə təxminən 1,7 milyon məlumat vahidi təhlil olunur.
“Bu həcmdə məlumatın yalnız insan resursları ilə emalı mümkün deyil. Buna görə də süni intellekt kibertəhdidlərin daha operativ aşkarlanması və təhlükəsizlik sistemlərinin gücləndirilməsi üçün tətbiq edilir. Süni intellektdən kibercinayətkarlar da istifadə etməyə çalışdıqlarından təşkilatlar yeni risklərə qarşı daim hazırlıqlı olmalıdırlar. Kibertəhlükəsizlikdə texnologiya ilə yanaşı, insan amili və məsuliyyətli yanaşma da mühüm rol oynayır”, - deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 06.10.2026 [16:20]