“Qarabağ” Bosniya və Herseqovina millisinin qapıçısı ilə anlaşıb
Bakı, 4 iyun, AZƏRTAC
Bosniya və Herseqovina millisinin və Xorvatiyanın “Riyeka” komandasının qapıçısı Martin Zlomisliç “Qarabağ”a keçir.
AZƏRTAC Xorvatiya mətbuatına istinadla xəbər verir ki, tərəflər arasında razılaşma əldə edilib, transfer yekunlaşmaq üzrədir.
İddiaya görə, Xorvatiya klubu bu transferdən təxminən 500 min avro gəlir əldə edəcək. Qapıçının yaxın günlərdə “Qarabağ”la müqavilə imzalayacağı vurğulanıb.
Qeyd edək ki, Martin Zlomisliçin yeni mövsümdə “Qarabağ”ın heyətində polşalı qapıçı Mateuş Koxalskini əvəzləyəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:14]
Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir
- 04.06.2026 [18:14]
Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək
- 04.06.2026 [18:02]
Millinin voleybolçusu: İsveçlə oyunun çətin keçəcəyini gözləyirik
- 04.06.2026 [17:47]
Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik
- 04.06.2026 [16:43]
“Sabah” Azərbaycan millisinin futbolçusu ilə müqaviləni yeniləyib
- 04.06.2026 [16:28]