Yeni Zelandiyanın 4 deputatına Çinə giriş qadağan edilib
Pekin, 4 iyun, AZƏRTAC
Çin Yeni Zelandiya parlamentinin 4 deputatının ölkəyə girişinə qadağa qoyub.
AZƏRTAC xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin rəsmisi Mao Nin brifinqdə açıqlayıb.
O bildirib ki, deputatların Çinə girişinə qoyulan qadağanın səbəbi onların Tayvan adasına səfər etmələridir:“Bu yaxınlarda Yeni Zelandiya parlamentinin bəzi üzvləri Çinin ciddi narahatlıqlarına və sərt etirazına məhəl qoymadan Çinin Tayvan bölgəsinə səfər edərək, “Vahid Çin” prinsipini pozub və Çinin daxili işlərinə müdaxilə ediblər”.
Mao Nin əlavə edib ki, Tayvan məsələsində qırmızı xətti keçənlər bunun bədəlini ödəməlidirlər.
“South China Morning Post” qəzetinin məlumatına görə, Çinə səfər qadağası qoyulan deputatların 3-ü hakim koalisiyanı, 1-i isə müxalifəti təmsil edir. Onlara Çinin materik hissəsi ilə yanaşı, Honkonq və Makau xüsusi inzibati ərazilərində də səfər etmək qadağan olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]