Cəlilabadda toy hazırlığına gedənlər qəzaya düşüb, xəsarət alanlar var
Cəlilabad, 4 iyun, AZƏRTAC
Cəlilabad rayonunda toy hazırlığına gedənlər qəzaya düşüb, xəsarət alanlar var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Alar kəndinin girəcəyində qeydə alınıb.
Biləsuvar rayonu istiqamətində hərəkətdə olan KİA markalı minik avtomobili qarşıdan gələn və dönmə əməliyyatını icra etmək istəyən ZİL markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində yük avtomobili yol kənarına aşıb.
İlkin məlumata görə, 5 nəfər xəsarət alıb. Onlar rayon xəstəxanasına hospitalizasiya olunublar.
Qeyd edək ki, KİA markalı nəqliyyat vasitəsində olanlar Biləsuvar rayonunda keçiriləcək toya hazırlaşmaq üçün salona gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - İlkin Adıyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:06]
Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO
- 06.10.2026 [13:42]
Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir VİDEO
- 06.10.2026 [13:01]