ALİM QASIMOV VİOLONÇEL USTASI YO YO MA İLƏ YENİDƏN ƏMƏKDAŞLIQ EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, xalq artisti Alim Qasımov məşhur violonçel ustası, “İpək yolu” layihəsinin rəhbəri Yo Yo Ma ilə yenidən əməkdaşlıq etmək fikrindədir.
Xanəndə qızı Fərqanə ilə Amerika və Almaniyaya qastrol səfərlərinə yola düşəcəkdir.
Məşhur violonçel ustası, klassik, folklor və caz musiqisini eyni məharətlə ifa edən Yo Yo Ma ilə artıq bir dəfə əməkdaşlıq etmiş A.Qasımov, yenidən onunla işbirliyi qurmağın və kvartet yaratmağın vaxtı çatdığını bildirmişdir.
A.Qasımov iki yeni disk yazdırmağı da planlaşdırır. Disklərin biri Londonun “Kronos” qrupu ilə hazırlanacaqdır. İkinci disk isə Yaxın Şərq musiqisindən ibarət olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]