Alimlər qlobal istiləşmənin energetik əsaslandırılmasını təqdim ediblər
Bakı, 28 yanvar, AZƏRTAC
Alimlər son 35 ildə meteoroloji peyklərdən alınmış məlumatlardan istifadə etməklə Yer atmosferində mexaniki enerji növlərinin hərəkətini və onun qarşılıqlı təsirini ətraflı öyrəniblər. Bu, atmosferdəki potensial və kinetik enerji arasında qarşılıqlı təsiri təsvir etmək üçün mürəkkəb bir düsturun - Lorensin uzunmüddətli energetik tsiklinin variasiyalarının ilk ciddi tədqiqidir.
Bu araşdırma qlobal istiləşmə şəraitində dünyada baş verən hadisələrə yeni mövqedən nəzər salmağa imkan verir. Hyuston Universitetinin, Kaliforniya Texnoloji İnstitutunun və Çindəki Quylin Elektron Texnika Universitetinin əməkdaşlarının iştirakı ilə aparılmış tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc edilib. AZƏRTAC bu barədə gismeteo.ru saytına istinadla xəbər verir.
Araşdırmanın müəllifləri qeyd edirlər ki, Yer atmosferinin istilik effekti artdıqca potensial enerjinin çox hissəsi atmosferdə hərəkətverici qüvvə olan kinetik enerjiyə çevrilir.
Qeyd edək ki, indiyə qədər aparılmış analoji tədqiqatlar daha az müddəti - beş ildən on ilə qədər olan dövrü əhatə edirdi. Yeni tədqiqatın müəllifləri isə peyklər vasitəsilə fəal müşahidələr sayəsində son 35 illik məlumatları təhlil etmək imkanı əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [17:40]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [12:46]
Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ
- 08.08.2026 [15:33]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
Bu saata olan əsas xəbərlər
- [20:00]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [23:48]
Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək
- 08.08.2026 [23:37]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
- 08.08.2026 [21:54]
MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır
- 08.08.2026 [21:23]
Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır
- 08.08.2026 [21:00]
Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa
- 08.08.2026 [20:31]
Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH
- 08.08.2026 [20:26]
Bu saata olan əsas xəbərlər
- 08.08.2026 [20:00]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [19:17]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
- 08.08.2026 [18:18]
Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb
- 08.08.2026 [16:51]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [16:35]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- 08.08.2026 [16:31]
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
- 08.08.2026 [16:19]
“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda
- 08.08.2026 [16:11]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 08.08.2026 [15:33]
Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH
- 08.08.2026 [15:05]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [13:27]