Alisson Beyker “Liverpul”a keçməsinin səbəblərini açıqlayıb
Bakı, 10 yanvar, AZƏRTAC
İngiltərənin “Liverpul” klubunun hazırkı qapıçısı Alisson Beyker komandaya keçməsinin səbəblərini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, o, həmin vaxt 2 klubdan təklif aldığını bildirib: “Braziliyanı tərk edəndə həyatımın ən düzgün qərarını verdiyimi bilirdim. “Roma”dan ayrılanda “Liverpul” və “Çelsi”dən təklif aldım. Həmin ərəfədə London klubunda məşqçi dəyişikliyi gedirdi. Komanda UEFA Çempionlar Liqasından kənarda qalmışdı. Ümumi vəziyyət yaxşı deyildi. “Liverpul” mənim üçün ideal variant idi. Həm də bu kluba rəğbət bəsləyirdim. İstədim ki, bu klubun tarixinin bir parçası olum. Burada xoşbəxtəm. Klubumla birlikdə UEFA Çempionlar Liqasının qalibi olmaq istəyirəm. Arzumun gerçəkləşəcəyinə əminəm”.
Xatırladaq ki, braziliyalı ötən yay “Roma” klubundan 62,5 milyon avroya transfer olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]