ALMANİYA AZƏRBAYCANA İSTEHSAL AVADANLIĞI GÖNDƏRƏCƏK
55 ekspertdən ibarət Azərbaycan nümayəndə heyəti ATƏC-in dəstəyi ilə aprelin axırlarında Almaniyada təkrar ehtiyat avadanlığı sərgisində olmuşdur. Bu səfərin yekunlarına görə, yaxın vaxtlarda texnologiyaların alınması barədə qərar qəbul ediləcəkdir.
Nümayəndəlikdən demişlər ki, Almaniya müəssisələri rəqabətə davamlılığı saxlamaq üçün texnologiyalarını daim yeniləşdirirlər. Nəticədə, böyük təkrar ehtiyatlar bazarı yaranmışdır. Lakin bu, həmin avadanlığın heç də köhnəlməsi demək deyildir, çünki o, Almaniyada cəmi 1-2 il istifadədə olmuşdur.
ATƏC ekspertlərinin sözlərinə görə, Almaniyanın keyfiyyətli təkrar avadanlığının tətbiqi Azərbaycan müəssisələrinin sərmayə xərclərini azaltmağa imkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:33]
Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq
- 01.10.2026 [12:30]