Almaniya hökuməti tibb işçilərinə təşəkkürünü bildirib
Berlin, 4 may, AZƏRTAC
Almaniya federal hökumətinin başçısı Angela Merkel bu gün tibb işçilərinə təşəkkürünü bildirib.
AZƏRTAC xəbər verir ki, kansler tibbi heyətin pandemiya dövründə işini “əsl fədakarlıq” adlandırıb.
O qeyd edib ki, tibb işçilərinin işi bir gün belə dayanmayıb. “İndi siz pandemiyanın üçüncü dalğasında hər gün bütün bu işləri görürsünüz - pasiyentlərə qulluq edir, testləşdirmə və vaksinasiya əməliyyatları aparırsınız”, - deyən Merkel əhalinin vaksinasiya işinin sürətindən razı qaldığını bildirib.
Pandemiyanın aradan qaldırılmasında həlledici amil olan peyvəndləmənin gedişatının sevindirici hal olmasını qeyd edən kansler vurğulayıb ki, ixtisaslı tibbi heyət üçün yeni iş yerləri yaradılmalıdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]