Almaniya iraqlı 50 mühaciri ölkələrinə geri göndərib
Berlin, 17 fevral, AZƏRTAC
Almaniya İraqdan olan 50 mühaciri ölkələrinə geri göndərib.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Almaniyanın müxtəlif bölgələrindən gətirilən iraqlı mühacirləri daşıyan təyyarə səhər saatlarında Hannover aeroportundan yola düşüb.
Almaniyada miqrantlar tərəfindən törədilən bir neçə hücumdan sonra ölkədə qanunsuz miqrasiyaya qarşı daha sərt tədbirlərin tətbiq edilməsinə baxmayaraq, ölkədə deportasiyalara qarşı etirazlara da rast gəlinir. Aşağı Saksoniya Qaçqınlar Şurası səhər saatlarında deportasiyaya qarşı etiraz aksiyasının keçirilməsinə çağırıb. Şura deportasiya edilənlər arasında təkcə cinayətkarların deyil, Almaniyaya qismən də olsa inteqrasiya olunmuş insanların da yer aldığını iddia edib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]